VEDMANI QOVAN ETRUSK FALÇISI
12-08-2024, 15:34
ЭТРУСКИЙ КОЛДУН ВЫГОНЯЕТ ВЕДЬМУ ИЗ ТЕЛА
ETRUSCAN SORCERER EXPELS WITCH FROM BODY
"THE BRİTİSH MUSEUM" da saxlanılan bu Etrusk güzgüsünün arxasında
VEDMA EMİ ACIDEN QERQ UL
sözləri cızılıb.
Yerdə surəti görünən xəyal VEDMA`dır. Biz onu rus dilindən və dünyagörüşündən ВЕДЬМА qadın mifik obrazı kimi tanıyırıq. Və bizim Şumerdən və Etruskdan gələn dilimizə onu
1. "küpəgirən qarı, cadugər qarı, əcinnə";
2. kaftar (söyüş) kimi tərcümə edirik.
Amma söz, kökdə, Türkündür.
Həm də etruskdan fərqli olaraq, ВЕДЬМА, rus düşüncəsində anlamını dəyişib. O koldundur - yəni cadugərdir. Ancaq şəkildəki VEDMA adı EMİ olan qadının varlığını lərzəyə gətirib, anun rahatlığını əlindən almış CİNDİR, ŞƏYATİNDİR, HAL NƏNƏSİDİR, QARA YARASADIR, QARA YARADIR.
Gənc qadın EMININ həyatını zəhərə döndərib. Hara gedır, nə edir, anu qarabaqara izləyir.
Gözəl qadının sifətindəki təlaşa, qorxuya, acı mimikaya fikir veriin.
***
Əri onu FALÇIYA, BAXICIYA göstərməyə gətirib. Oğlan uşaqları da onlarladır. Arxa planda VEDMANIN yerdə dalğalanan xəyalını görəndə, təəccübdən saçları biz-biz olan uşaq yəqin anasının dərdinə şərik kimi gəlib.
Qadının sağ əli FALÇI gəncin çiynindədir. Sol əlində, yəqin ki, onun məsləhəti ilə uzun metal ox tutub. Bunlar cini bədəndən çıxarmağın mütləq atributları kimi görünürlər.
Falçının əlində VEDMANI/LARI "biçmək üçün" ORAQ var.
Hamının gözü qarşısında FALÇI OĞLAN VEDMANI yerə sərib və sağ əlinin hərəkəti ilə asan oxunan ETRUSK-TÜRK sözlərini hündürdən deyir:
"VEDMA, ƏMİ ACİDEN QƏRQ UL !"
Acının - acı olduğunu hamımız bilirik. Ancaq bəlkə çoxları bilmir ki, Türkiyə Türk lüğət fondunda Acının ikinci mənası - kəskin, bərkdən, şiddətli`dir. Odur ki, yazını iki cür anlamaq olur:
1. "VEDMA, EMİNİN ACI HƏYATINDAN QƏRQ OL!" ya,
2. "VEDMA, EMİ[DƏN], TEZ, CƏLD QƏRQ OL (RƏDD OL) !"
ВЕДЬМA, НЕМЕДЛЕННО ИСЧЕЗНИ ИЗ ЖИЗНИ ЭМИ (ПРОПАДИ ПРОПАДОМ) !
WITCH, DISAPPEAR IMMEDIATELY FROM THE LIFE OF EMI, (FAIL WITH FAILUR)!
Sağdakı şəkildə VEDMAdır. Rahat görünsün deyə, onu 180* sağa fırlatdım. Dedim həm də qoy başı gicəllənsin. Bir də gözəllərimizi naraht etməsin.
ariyel Azerturk
TEREF