Fatma Muxtarova - Azərbaycan SSR xalq artisti (1940). Gürcüstan SSR əməkdar artisti
11-09-2024, 15:04
Muxtarova Fatma Sәttar qızı (26.3.1893 Cənubi Azərbaycan, Urmiya — 19.10.1972, Bakı) — Azərbaycan müğәnnisi (messo-soprano), Azәrbaycanın xalq artisti (1940)
Azərbaycan müğənnisi. Azərbaycan SSR xalq artisti (1940). Gürcüstan SSR əməkdar artisti (1936). Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Atasını erkən itirmiş, ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində (Peterburq, Saratov və s.) "Katya" adı ilə şarmanka, eləcə də qarmonun müşayiəti ilə oxumuş, təlxək və oyunbazlarla birlikdə çıxış etmişdir. "Saratovskiye vedomosti" qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının prof. M.Y.Medvedevin köməyi ilə 1914 ildə Saratov Konservatoriyasını bitirdikdən sonra Moskvaya köçmüş, F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917 ilədək burada oxumuşdur. 1920 ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. ş.-lərin opera teatrlarında oxumuş, 1938-53 illərdə M.F.Axundov ad. Azərb. Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Marfa, Marina Mnişek ("Xovanşina", "Boris Qodunov", M.Musorqski), Lyubaşa ("Çar gəlini", N.Rimski-Korsakov), Amneris ("Aida", C.Verdi), Dalila ("Samson və Dalila", K.Sen-Sans), Aksinya ("Sakit Don", İ.Dzerjinski), Əzra ("Nizami", Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış etmişdir. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Saratov konservatoriyasını bitirmiş (1914), Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53 illәrdә AOBT-nın solisti olmuşdur. Fitri istedada, güclü vә gözәl sәsә, yüksәk aktyorluq mәһarәtinә malik olan Fatma Muxtarova bir çox mәşһur müğәnnilәrlә çıxış etmişdir. Üzeyir Hacıbəyov onun sәnәtkarlığını yüksәk qiymәtlәndirirdi.
Ətayə Odər Əkbərsoy
TEREF