Termodinamikanın 2-ci qanunu deyir ki,

12-10-2024, 11:58           
Termodinamikanın 2-ci qanunu deyir ki,
Termodinamikanın 2-ci qanunu deyir ki, kainatda hər şey nizamsızlığa meyllidir və mürəkkəb sistemlərdə xaos normal bir şeydir.
Qanun belə deyirsə o zaman Kainat qarma-qarışıqdır, nizamsızdır, demək.
Əgər Təbiət nizamsızlığı meyllidirsə Ayın trayektoriyasına nə deyirsiz?
Bəs atəşböcəklərinin eyni vaxtda yanıb-sönməsinə?..
Yaxşı, metronomların sinxronizasiyasını necə izah edək?..
2000-ci ildə Londonda Temza çayı üzərində “Millenium Bridge” adlı yeni piyada körpüsü istifadəyə verildi. Açılış günü izdiham körpünü doldurdu. Körpü irəli-geri yellənməyə başladı, polis körpüyə girişi məhdudlaşdırdı. Növbələr yarandı, nəhayət, körpünü iki illiyinə bağladılar…
1831-ci ildə isə 74 ingilis əsgəri nizami addımlarla asma körpüdən keçərkən sinxron addımlar səbəbindən asma körpü uçdu, çox sayda əsgər yaralandı. Britaniya ordusu o vaxtdan bütün qoşunlara körpülərdən keçərkən nizimi addımlamağı yasaqladı...
Qayıdaq yenə “Millenium Bridge” körpüsünə.
Yaxşı, bəs insanlar körpüdən keçərkən nizami şəkildə yerimirlər axı. Onların hərəkəti necə sinxronlaşır o zaman?
***
Yapon fiziki Yoshiki Kuramoto hazırladığı bir model var. Ona elə alimin adını veriblər – Kuramoto modeli. Sinxronizasiyanı bu modellə təsvir edirlər. Daha dəqiq desək, bu, məsələn, əlaqəli metronomların hərəkət modelidir. Kuramoto modeli kimyəvi və bioloji sistemlərin öyrənilməsində də istifadə olunur, neyrobiologiyada da…
Metronomları izləyək.
Əvvəlcə qeyri-sinxron hərəkət edən metronomlar tədricən üzərində durduqları platformanın titrəyişlərinin təsirinə qapılırlar. Əks istiqamətdə hərəkət etdikcə müqavimətlə qarşılaşırlar. Bu müqavimət metronomun “rəqsinə” təsir edir və onların sürəti platforma ilə eyni harmoniyaya çatanda azalır.
Atəşböcəklərində də belədir; Kuramoto modelinə görə atəşböcəyinin birinin digərlərinə təsir göstərməsi şəksizdir. Əgər atəşböcəyi yaxınlığında bir işıq, flaş, atəş görərsə onun təsirinə düşür, bioloji saatını ona uyğunlaşdırır, bu səbəbdən də daha tez və ya daha gec yanıb-sönür. Bu durumda qısa müddət içində minlərlə atəşböcəyinin eyni anda yanıb-söndüyünü görə bilərik…
[ Wonder of Science]
https://t.me/ibrahim_nebioglu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.