Keçmişdə şəhərə təzə kino gələndə sevinərdilər.

Bu gün, 15:58           
Keçmişdə şəhərə təzə kino gələndə sevinərdilər.
Biz isə istəyirik şəhərə yeni kitab gələndə sevinsinlər…
2022-də dünya şöhrətli alim Thomas Kormenin “Algorithms Unlocked” kitabı Ana dilimizdə çapdan çıxdı. Bu, əfsanəvi Massaçusets Texnoloji İnstitutunun çap evi olan “MIT Press”in dilimizə tərcümə edilən ilk kitabı idi. Kitabı Ana dilimizə hazırda Kanadada yaşayan, riyaziyyatçı, proqram mühəndisi Adil Əliyev tərcümə edib. Kitabın elmi redaktoru və ön sözün müəllifi isə mənəm.
Pandemiyada – evə “həbs olunduğumuz” günlərdə Adillə bizim dildəki müasir elmi-texniki kitabların azlığından danışır, müzakirə edir, mənim inadla müdafiə etdiyim “Tədris Ana dilində olmalıdır” tezisi ətrafında xeyli dərdləşirdik. “Alqoritmlərin Sirri” kitabını nəşr etmə fikri də bu telefon söhbətləri zamanı yarandı. Kitab bir neçə həftə ərzində o qədər böyük rezonansa səbəb oldu ki, onu BDU-nun dərs kitabları siyahısına saldılar.
“Rus dili sabahın və elmin dili deyil” fikrimi dəfələrlə əsaslandırmışam.
İstedadlı gənc qohumumla da istədik ki, bizim gənclər də Vətənlərində özlərini qərib hiss etməsinlər, Tomas Kormenin “koding”ini Ana dilimizdə oxusunlar.
Bu kitab sabah haqqındadır, istədik ki, gənc riyaziyyatçı və informatiklərimiz sabaha güclü çıxsınlar…
Yaşasın Ana Dilimiz!
Gələcək Elmlə Gələcək!
Gələcək Çox Tez Gələcək!
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.