MÜHARİBƏ ŞOKOLAD DEYİL...

18-10-2024, 10:04           
MÜHARİBƏ ŞOKOLAD DEYİL...
Moskvaya səfər zamanı, Putin Azərbaycan Prezidenti Heydər Əliyyevə Kremlin daxili quruluşunu göstərir. Heydər Əliyev özünə məxsus təbəssümlə sual edir:
- Ты кому Кремль показываешь?(Sən kimə Kremli göstərirsən?)
O zamandan bu sual lovğaları susdurmaq üçün tətbiqi bir məna daşıyır.
İndi, ay bəzi özünə hərbi ekspert, politoloq deyənlər, və onları coşduran aparıcılar! Siz kimə müharibə əlifbasını aşılayırsız? Məsçidin qapısı açıq olanda ,,noolar"?
Müharibədə minlərlə Şəhid verən Xalqa mı?
30 il müharibə istirabında maddi və mənəvi zülmdə olan Xalqa mı?
Qanlı səhra döyüşlərində qanı torpağa qarışmış Zabitlərə mi?
Döyüş Zəfəri görmüş, onu haqq etmiş, yaşamış Xalqımıza mı?
Əksər sərgilədiyiniz
,,sensasiyalarınız" düşmənə məlumat qidasıdır. ,,Hindistan erməniyə onu verir, bunu verir. Bizdə İsraildən, Türkiyədən onu alırıq, bunu alırıq". Mülki əhalidən nə istəyirsiniz bu sərsəm sayıqlamalarla?
Nə qədər düşükləmək, ,,quşlamaq" olar? Özüdə KİV-də!
Gedin dil öyrənin, strateji boşboğazlığınızı Afrika qəbilələrinə yönəldin.
Müvafiq qurumlarda, hələ ağzınıza əski çırpan yoxdur.
Həqiqətən, çərəmləyən düşmənin axtardığıdır.
Zahid Teymurov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru