ETRUSK ƏQRABALARDAN SƏKSƏN BİRİNCİ TƏRCÜMƏM

5-12-2024, 08:54           
ETRUSK ƏQRABALARDAN SƏKSƏN BİRİNCİ TƏRCÜMƏM
İkincisində ağ xəttlərlə qabartdığım bürünc Etrusk güzgüsündə dörd fiqur çəkilib.
Güzgünün ətraf haşiyəsində sağdan sola oxunan hərflər bu ardıcıllıqla düzülüb. Heç nə gürünmədiyindən ikincidə onları da bərpa etmişəm. Diqqətlə baxsanız hər cizginin birincidəkilərlə tam üst-üstə düşdüyünün şahidi olarsınız:
OE İADUM GLULMSİA UOSGE MENDE
Modern Azərbaycanca belə qəliblənir və çox asan anlanılır. Tekst özü isə, əksinə, sağdan sola mənalanır:
MƏNDƏ U ÖZGƏ G[Ü]L[İ]MSİƏ[R], YADUM OY !..
Tarixi yazan GLUMSİA sözündə ikinci "L"-i (GLUL?MSİA) səhv yazıb. İnanıram ki, onlara da elə bizim kimi GÜLİMSİYƏ deyiblər.
***
3 cavan kişinin arasında bir qadın, nədənsə küsmüş soldakı oğlanı ovutmağa durub. Dostlarını arxayın edir:
Siz geri durun, mən onun könlün alaram bu an.
Və gördüyünüz kimi, a necə də ürəkdən gələn, ərklə dediyi "u özgə", "yadım oy!" kimi qəşəng kəlmələrlə onu ələ almağa səy göstərir.
Oğlanın küsdüyü mısmırığın bərk sallamağından, alt dodağının yerlə bir getdiyindən anlanılır. Əfsus ki, nədən küsüb, kimdən küsüb, qısa mətndən bilinmir.
________________________________
Güzgü ilə ədəbiyyatdan tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. Məlumatlar fransızcadır:
https://www.wikiwand.com/fr/articles/Miroir_%C3%A9trusque
Güzgü Parisin Luvr muzeyində saxlanılır. Özgə elə bir məlumat yoxdur barəsində.
***
Ən doğru və etibarlı məlumatı təqribən 2500 ildən sonra mən təqdim etdim. Yüz faiz inana bilərsiniz. İnanmayanlar baş sındırsınlar. Dili MÜTLƏQ BİZİM TÜRKCƏDİR !
*** "TURKİCS` CUNEİFORM CYLİNDER SEALS AND ETRUSCAN SCRİPTS" adlı 600 səhifəlik təzə kitaba demişəm düz 100 ETRUSK MƏTNİ salmalıyam. Cəmisi 19-u qaldı. Dəy nə qaldı ki?!
Sonra İngiliscə, Az. Türkcəsincə kitab nəşrə hazırdır.
Allah qoysa, Təzə İlin birinci rübündə. 300 ildir "SƏNİN DİLİNİ KAŞ BAŞA DÜŞƏYDİK, EY MÜDRİK ETRUSK !.. " deyən alimlər qoy ləbbey getsinlər...
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.