Pollice Verso

7-12-2024, 10:04           
Pollice Verso
1872-ci ildə fransız rəssamı Jean-Leon Gérôme tərəfindən çəkilmiş bir tablodur və bu tablo tarixdə böyük bir yanlışlığa yol açır. Yeganə tablodur ki, bütün tarixi filmlər, əsərlər, yazılar və məqalələr buna istinad edərək qədim Roma haqqında yanlış məlumatı dünyaya yayır.
Tabloda rəssam göstərir ki, Kolizzeydə qladiator yarışı zamanı baş barmağı aşağı salanlar məğlub olana ölüm istəyir. Bundan da belə yanlışlıq yaranır ki, qladiatorun sağ qalması üçün baş barmağı yuxarı qaldırırlar.
Əslində qədim Romada imperator və onun yanında olan hakimlər döyüşdə kimin sağ qalmasına tamaşaçı kütləsinin reaksiyasına əsasən qərar verirdilər. Onlar tamaşaçıların alqışlayıb-almadığını, əyləndiyini və qladiatoru bəyənib-bəyənmədiklərini görmək üçün baxırdılar.
Əslində, hər hansı bir istiqamətə (yuxarıya və ya aşağıya, yanlara) əyilmiş bir baş barmaq məğlub olan qladiator üçün ölüm demək idi - bu, siyrilmiş qılıncın simvolu idi. Qladiatora həyat bəxş etmək üçün tamaşaçılar qılıncda gizlənmiş qılıca işarə edərək SIXILMIŞ YUMRUQ göstərdilər.
Baş barmağın yuxarı qaldırılması-qalib qladiatorun qılıncı məğlub olanın ürəyinə sancaraq öldürməsi üçün idi. Digər işarələr isə qladiatora hər hansı formada rəqibini öldürmək imkanı vermək idi.
Zaur Aliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.