Batin alimi yazır: İran ayətullahları - əsl şiəlikdən xəbərsiz cahillərdir!
Dünən, 18:53
Son zamanlar İranın molla rejimi nümayəndələrinin Azərbaycana qarşı kəskin ifadələri artmışdır. Bütün dünyada terrorizmi dəstəkləyən bu rejim, öz cinayətlərini şiəlik inancı altında törədir. Əsl şiəlik haqda təsəvvürü olmayan bu mollalar, özlərini ayətullah, mərceyi-təqlid və s. adlandırıb, elmsiz, avam xalqın şiə inancını təhrif etmişlər. Onlar Quranın, hədislərin yalnız hərfi, yəni zahiri mənalarını anlayıb, əsas olan batini mənalar haqqında ümumiyyətlə danışmırlar. Bu isə bu günkü İran şiəliyinin tam cəfəngiyat olması deməkdir. Çünki peyğəmbərimiz demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə də düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir". Başqa sözlə, batini məna nəzərə alınmasa, müqəddəs yazılar nağıldan başqa bir şey deyildir və mən bu haqda internet səhifələrimdə - "Qədim tarixi - "düşüncəsiz" cahillər yazır!" adlı məqalədə yazmışam.
Ayətullah - Quranın bilavasitə batini mənaları ilə bağlı olan dərəcədir və bu dərəcə ifrat Gelat şiələri olan Azəri pirlərinin İsna-Aşəriyə dini ilə bağlıdır. Bu inancda ayətullah - “Allahın dəlili”, “Allahın əlaməti”, “Allahın yer üzərində nişanəsi” deməkdir ki, burada Allahın əlaməti - ayətullahın Allah haqqında batini sirləri, yəni hikmət və marifətullahı bilməsidir. Bu sirləri, Allahın Özü ilə aralarında sirr pərdəsi yaratmadığı ifrat Gelat şiələri olan pir-bəglər, seyid-şıxlar nəsli bilmişlər ki, mətnlərdə onlar Qulati-Şiə, Qaliyyə də adlanırlar. Batini mənada Mərceyi-təqlid (Mar-Gelad) dərəcəsi də marifətullahı - Gelad şiələri olan marlar, yəni miri-seyidlər qədər bilməsi deməkdir.
Tövratda Midiyanın Gelad ismaililəri qədim yəhudilər, yəni Xəzər Türk bəgləri hesab olunur ki, batini mənada bu - Azəri Türk bəgləri anlamındadır. Tövrata görə Allah onların Gelad yurdunda Özü üçün Beyt, yəni cənnət Evi yaratmış və məhz onların arasında yaşayır. Bu haqda mənim internetdəki "Allah, Beytullah və əhli-beyt haqda həqiqətlər" adlı məqaləmdə əlavə məlumatlar var. Geladın Azəri pir-bəgləri də 5000 il göydəki cənnətin var olması üçün fasiləsiz qurban və digər rituallar keçirmiş və Allah yalnız onlara, Onun adından danışmaq, fətvalar vermək ixtiyarı vermişdi. Onların Gelad elindəki Beytullah isə İslam mənbələrində - “beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanırdı. Yəhudilərin bütün peyğəmbərləri və şahları da məhz bu Gelad və ya Gilar adlanan eldən olmuşdur. Mən, internet səhifələrimdəki - "Великие деяние сыновей Иакова и Рахили" adlı məqalədə bu 12 Gilar seçilmişləri haqda yazmışam. Bütün müqəddəs kitabların batini mənaları - bu Azəri pirlərinin əcdadının Gelad/Gilar göylərində yaratdığı cənnətə həsr olunmuşdur. Bütün dinlər də Gel (Gelad/Gilar) şəhərində baş vermiş bu kosmik hadisəyə inam mənasındadır və mənim "Основой всех религий является одно космическое событие" adlı məqaləmdə bu haqda geniş məlumatlar var. Qədim Misir mətnlərində məhz bu Gelad/Gilar eli - firon Amonun İlahdan Allah yaratdığı Gel şəhəri adlanır. Ərəb mənbələrindəki Qaliyyə rəmzi də Gel şəhəri və onun müqəddəs Gel tayfasına aiddir. Firon, yəni pir (pirao) Amon bu şəhərdə tərikə yolunu gedərək, sufizmin Bəqa səviyyəsinə yüksəlmiş və İlahla vəhdətə nail olmuşdur. Məhz bu "pillədə" O, İlahdan göydə Allah və cənnət yaratmışdır. Ayətullah da - pir Amonun getdiyi bu Tərikə yolunu və onun keçirdiyi bütün ritualların sirlərini bilən natiqə deyilir. Qədim Misirdə bu yolun yolçuları - "Şəmsu Qor", yəni "Qor Allahın yolu ilə gedənlər" adlanırdı və bu yolu pir-firon Amondan sonra, mənbələrdə "İhvani Səfa" kimi qeyd olunan ilk sufi müdrikləri keçmişlər. Özlərini "şiə", "əhli şiətin" adlandıran bu ilk seyid-pirlərin risalələrini ismaililər - "Qurandan sonra Quran", "Elmin Quranı" adlandırırdılar ki, bu da Quranın daha dərin batini mənaları deməkdir. Quranda "səf-səf" duranlar", "peyğəmbər olaraq göndərilən müjdəçilər və xəbərçilər" adlandırılan bu sufi qardaşları - anlayan, bilən bir qövm kimi də məlumdurlar. Müxtəlif mənbələrdə bu Qor nəsli – Aqar, Həcər, Qacar və s. ismaililər nəsli adlanırlar. Sufi-batinilər Quran deyəndə də kitab yox, “ürəyinə batin elmi verilmiş” Qor yolu ilə gedən ismaili natiqlətini, yəni "danışan Quranları" nəzərdə tuturdular və mən - "Oxuduğumuz Quran - həqiqi Quran deyil" adlı məqalədə bu haqda yazmışam. İslam mənbələrində Qor yolu - Qərəə, yəni Quran yolu mənasındadır və bu yolu bilənlər - karilər (kurra) və ya seyyidül-kurra kimi də qeyd olunurlar. Karilər bizlərə, peyğəmbərimizin tayfası olan Qüreyş kimi də tanışdır ki, bu rəmz də batini mənada Qor-Şiə, yəni Qor yolu ilə gedən şiələr anlamındadır. Qədim Misirdə "şiə" və ya "sia" rəmzi, insanın cənnətdə ölümsüzlük qazanmış Şu ruhu mənasını verirdi. İsna-Aşəriyə dininə görə, pir Amonun Şu (Şiə) ruhunun yüksəldiyi Bəqa səviyyəsini, yəni bəglik məqamını, İhvani Səfadan sonra yalnız axirətdə gələcək Baqiətullah biləcəkdir. Batin elmində Baqiətullah, yəni Bəg-Ayətullah səviyyəsi iki müqəddəsə aid edilir ki, bunlar da əvvəldə və axırda gələn Rəhman və Rəhim Allahlardır. Sufi-batinilər Bəsmələ dedikdə də məhz bu iki Baqiətullahı nəzərdə tuturlar və mən, "Qurana görə axirətdə Allah gələcək" adlı məqalədə bu haqda geniş yazmışam.
Әrəb dilində şiə sözü "şiətur-rəcul", yəni "o kişinin arxasıyca gedən, ona tabe olan" mənasında qeyd olunur ki, batini mənada buradakı "rəcul" rəmzi - ragil, yəni Gilar rəmzidir. Başqa sözlə, güvənilən, arxası ilə gedilən şiə - Gilar elindən olan seyid-bəgdir.
Bütün bunlar o deməkdir ki, ayətullah, mərceyi-təqlid dərəcələrinə - batini sirləri, marifətullahı bilən və ürəyinə elm verilmiş Gilar seyid-bəglərinin Qacar şahlar nəslindən olan ariflər layiq görülə bilər. Adi insanın bu sirləri bilməsi qeyri mümkündür.
Qədim müdriklərə görə, Allah cəmi iki növ - Göy və yer insanı yaratmışdır ki, adi yer insanlarını ölümsüz Göy insanları Öz əlləri ilə yaratmış və onlara həyat vermişlər. Bu haqda mən - "Человека сотворили Хазарские беки – Элохимы" adlı məqalədə yazmışam. Məhz Gelad ismaililəri ən qədim mənbələrdə Göy insanları adlanırlar və qədim İran mətnlərində onlar farnbaq, frataraka, yəni firon-bəg, piri-Türk (firon-Türk) və s. adlanırlar. Mənbələrə görə yalnız bu şahlar, pir-fironlar nəslinə İlahi Od verilmişdir və məhz bu odun hesabına onlar bəşəriyyətə xoşbəxt həyat bəxş etmişdilər. Zərdüşt dini də qədim mətnlərdə məhz Azəri bəglərinin dini kimi qeyd olunur və mən, internet səhifələrimdə - "Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir" adlı məqalədə bunları qeyd etmişəm. Qədim iranlıların inancında İlahi Azər odu - şahlar nəslinə verilmiş "fərdi-yəzdani" İlahi mahiyyət adlanır ki, batini mənada bu rəmz "firon-seyid" anlamındadır. Məhz bu İlahi mahiyyətə görə qədim İran şahları qüsursuz, müqəddəs və qüdrətli insanlar hesab olunurdular. Batini mənada fərd, yəni "fər-deo" rəmzi - "pir Allah" deməkdir ki, bu Allaha çevrilmiş pirlərin dövləti də mətnlərdə Parta, Parda (pir-teos/pir-deo) və ya Arşak imperatorluğu adlanırdı. Onu yaradan firon-bəglər isə mənbələrdə Parni tayfası kimi qeyd olunur və bu rəmz də elə paraon, yəni firon anlamındadır. Ən qədim Assur mətnlərində bu Parda şəhəri Assur şahlarının, yəni Azər-Osiris Allahlarının şəhəri adlanıdı. Bu şəhər qədim Midiya, indi isə Azərbaycanın Yardımlı rayonu ərazisində mövcud olmuş Gilarau mahalının Gilar elidir və 19-cu əsrə qədər bu el Pərdi-Gilar adlanırdı. Başqa sözlə, Parta və ya Arşak imperatorluğunu Azəri pir-bəgləri qurmuşlar. Sonrakı dövrlərdə bu imperatorluq Sasani və ya Pars imperatorluğu adlandı ki, Pars rəmzi də batini mənada pir anlamındadır və mən "Pars - Azəri piri deməkdir" adlı məqaləmdə bu haqda yazmışam. Sasani rəmzi isə bu Alban Ərənşahlarının Gelarkünidəki Sisakan nəsil adının digər yazılış formasıdır. Başqa sözlə, qədim İranın bütün dövlətlərini Azərilərin Gilar pir-bəgləri qurmuşlar və mən internet səhifələrimdəki "Şahnamə - Türk bəglərinin tərcümeyi halıdır" adlı məqalədə bu haqda ətraflı məlumatlar vermişəm. Qədim İranda şiəliyə ifrat dərəcədə xüsusi etiqad da, imam Hüseyn nəslinin Sasani şahənşahı III Yəzdigirdin qızı Şəhrəbanunun törəmələri olması ilə bağlıdır. Qədim iranlılar öz şahlar nəslini məsum, pak və müqəddəs hesab edirdilər və bu müqəddəslik də imam Hüseyn nəsli ilə davam edirdi. Batini mənada Şəhrəbanu rəmzi Şəhri-Benu, yəni Alban/El-Benu ölkəsi, şəhəri deməkdir və bu rəmz bilavasitə Alban Ərənşahları (İranşahları) nəsli olan Gelarküni, yəni Gilar elinin Kəyan şahlarına aiddir.
Məlumdur ki, şiəlik ilk dəfə Moğol hökmdarı Olcaytu xanın dövründə İranın rəsmi dini olmuşdur və bu şiəlik mənbələrdə "Şiə-Batiniyyə" adlanırdı. Bu din Olcaytu xanın sarayında sistemləşdirilmişdi və buradakı hökumət - "Hökuməti Məlahide Batiniyyə" adlanırdı. Batini mənada bu rəmz - "Mələküt aləmindəki batini mələklərin hökuməti", yəni cənnətdəki ölümsüz pir-seyidlər nəslinin hökuməti anlamındadır və mən bu haqda - "Batin aliminin İranın saxta ayətullasına cavabı" adlı məqaləmdə yazmışam. Olcaytu xanın Şirazda "Seyyidlər evi"ni tikməsi və hər il bura 10000 dinar ianə etməsi, onun məhz Azəri seyid-bəgləri ilə bağlılığı deməkdir.
Qədim mənbələrdə moğollar dedikdə, Azəri Cəlairilərinin Muğal nəsli nəzərdə tutulur ki, ərəblər Gilar rəmzini Cəlairə (Gelair) çevirmişlər. Batini mənada muğal rəmzi mələk rəmzi ilə eyni mənalıdır və məhz onlar Şah İsmayıl Xətainin qızılbaşları olan "sorxsər bidin mülhidləri”, yəni “mələküt aləmi batinilərinin ölümsüz mələkləri” adlanırdılar. Bu o deməkdir ki, qədim mənbələrdə Cəlair dedikdə Gilar, Moğol dedikdə isə Maq-eli, yəni qədim Gilar pir-maqlarının göydəki mələküt eli, cənnət aləmi başa düşülməlidir. Tövrat məhz bu muğalları - "dünya"nı yaradan Elohim allahları adlandırır və mən "Империя моголов, берущее начало с золотого храма Соломона" adlı məqaləmdə bunlar haqda geniş yazmışam.
Bütün bunlar o deməkdir ki, əsl şiəliyin indiki İran şiəliyi ilə heç bir əlaqəsi yoxdur. Əsl şiəlik - adi insanların da şiə ruhlarının, Gilar bəglərinin Gelad/Xelat göylərində yaratdığı Xüld cənnətinə düşməsi üçün getdiyi yoldur. Hədislərdə şiə dedikdə də indi özünü şiə adlandıran toplum yox - əvvəldə gəlmiş İnvani Səfa qardaşlığı və axirətdə Mehdi obrazında zühur edəcək imam Əlinin tərəfdarları olacaq müsəlmanlar nəzərdə tutulur. Başqa sözlə, hədisdəki şiələr - "axirətdə gələcək imam Əlinin tərəfdarları" mənasındadır və mən bu haqda "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər" adlı məqalədə yazmışam. Məhz onlar axirətdə göydə yaranacaq Əli vilayətinə, yəni cənnətinə düşəcəklər. Quranda (14:48) Xelat göylərindəki Xüld cənnətinin, yəni "dünyanın sonu" və onun yerinə axirətdə yeni Əli vilayətinin yaranması - "torpaqların dəyişdirilməsi" adlanır. Alban mənbələrinə görə yeni Əli vilayəti, yəni Alu-Alban ölkəsi, Gelarküninin Aranşahlar nəslindən olan bir nəfərə vəd edilmişdir və mən bu haqda "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi" adlı məqalədə yazmışam.
Bütün bunlar sufi ariflərinin "hikmət" və "marifətullah" adlandırdıqları elmi-Billahdır və bu elm Allah tərəfindən yalnız Azəri pirlərinə verilmişdir. İranın bu günkü cahil mollaları və saxta ayətullahları bunları anlaya bilməzlər. Lakin acınacaqlı odur ki, bu gün İranda yaşayan Azəri pir-bəglər, seyid-şıxlar nəslinin törəmələri də bu həqiqətləri unudub, cahil mollaları, saxta ayətullahları imam Hüseynin müqəddəs nəsli kimi qəbul edib, onlara biət edirlər. Bu isə cahil yer insanına, bütə, şeytana sitayiş kimi bir şeydir. İslamın əsas mahiyyəti - insan öləndən sonra ruhunun cənnətə düşməsidir ki, bu bütpərəstlər heç vaxt cənnətə düşə bilməyəcəklər. Cənnətin yeganə yolu - axirətdə gələcək, "qədim şahlar toxumu"ndan olan imam Əliyə sitayişdir. Bunları, bu günkü İran şiələri dərindən düşünməlidirlər.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr müəllifi olduğum “Batini-Quran” və digər kitab və çox saylı elmi məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
17.01.2025