104. İMKANSIZ ETRUSK LAZIM GƏLƏNDƏ GAVAHINLA DÖYÜŞƏ ATILIRDI

Bu gün, 09:04           
104. İMKANSIZ ETRUSK LAZIM GƏLƏNDƏ GAVAHINLA  DÖYÜŞƏ ATILIRDI
Bir əlində külü olan terrakot (gil) sanduqənin (sarkofaq) üstündə döşəkçələrinə söykənmiş qadının əlində matəm çələngi var (şəkil 1). Qabaqda qabardılmış döyüş səhnəsi verlib. Qapağın altında güclə bilinən hərfləri ayırd etsən döyüş səhnəsinin əsas detalını açır sözlər:

ALSAE SPLA VURİA -
ALSAE – şübhə yoxdur ki, müraciət olunan dalıaçıq oğlanın adıdır-ALSAY kimi tələffüz olunur; Bu gün də balalarımıza verə biləcəyimiz gözəl addır - ALSAY; ALTAY və TURAN da etrusk adlarıdır.
SPLA – kontekstə görə bu sözün SAPLA olduğuna da şübhə yoxdur.
S[A]PLA – bizdə zapla, zıpla (etruskda ZIPNA) sözünün qədim etrusk formasıdır. Hələ istəsəniz, S səsi ilə Etrusklar çox vaxt Z səsini də ifadə ediblər. Ona görə onu rahatlıqla ZAPLA! kimi də oxumağa haqqımız var;
VURİA – iki sözdür VUR və İA – feilin nida ilə deyilmiş forması. İa- ya – burada döyüşçüyə ruh vermək məqsədilə nidaya çəkilir :
ALSAY, S[A]PLA, VUR İA ! yaxud,
ALSAY, Z[A]PLA, VUR YA !

Hadisəni dəqiq anlamaq üçün Alsayı əlindəki silahla ayırmalı oldum döyüş səhnəsindən. Çünki yazı çox pis göründüyündən onun surətin alıb, hərfləri ağartmışam. Rahat oxunurlar (şəkil 1).
Əvvəlcə mətndəki "P" səsini əvvəlcə "İ" kimi oxumuşdum (şəkil 2) və SİLA kəlməsi almışdım. Baxıram ki, bəli, oğlan sağ əlini havaya qaldırıb, düşmənin qulağının dibinə sərt “sillə” endirmək anındadır. Diqqətlə baxanda görmək olur ki, yox, onun hər iki əli tutuludur (təbrizlilər demişgən, giriftardır - məşğuldur).
Tutduğu nədir?
Ümumi qabartmada əlindəkinin nə olduğunu ayırd eləmək çətin olduğundan, onu digər fiqurlardan ayırmalı oldum (şəkil 3). Və, ata-babalarımızın min illərlə yer şumlayıb, çörək çıxartdıqları ağacdan yonulmuş ağır ağac GAVAHIN ! gördüm.
Bu cür gavahını usta atam hətta 40-50-ci illərdə kollxoz üçün ağacdan yonub düzəldirdi. Sonralar metaldan enli kotan çıxdı.
Altı minillik Babil şair və astronomumuz ENLİL İSMƏ DAĞANIN ilk tərcümə etdiyim (1994) şeirini xatırlatdı GAVAHIN sözü mənə:
“HÖLLƏ, ÇALAQ (tez), QƏM ÜZÜB, EŞ, CÜTCÜM URAŞ (uğraş-döyüş)!”
NAM (şandır) GURRAIB ÇUŞİM BAL (fırfıra) TƏK...
NEYÇÜN CUŞİM?
Ə BƏ NƏ İTAMMU (ə bəs nə yeyək)?
XIŞÇI GƏLCƏ, CÜTDƏ BİYİM (öküzüm) !”
***
İndi neyləsin yazıq Alsay? Arxası açıq oğlandır - Alsay. Yaxud Alzay.
Əlində silah yoxdur. Odur ki, qəfildən üstünü almış düşməndən müdafiə olunmaq üçün gündəlik tarlaya yer şumlamağa apardığından həyətində, ya əl evində saxladığı gavahınını qapıb döyüşə girməli olur. Sol əlində iri qalxan tutmuş bir nərin artıq vurub yıxıb yerə. Sol gicgahından dəyən zərbənin karından, sağ əlində qılınc olmuş pəhləvan cüssəli kişinin ağız-burnu əyilib, yəqin qan fışqırır, burnundan, qulağından, ağzından. Papağı başından düşmədə. Əlində bir an əvvəl tutduğu qılıncı da itirib. Bükülü barmaqları buna dəlalət edir. Artıq onu çökdürə bilib Alsay.
Yarıyıxılmışın arxasındakı kişinin əlindəki qılınc kiminsə bədəninə soxulmaq anındadır. Kimi vurur o? Qabaqdakı gavahınla vurulmuş kişi qırçınlı, yəqin ki, rəngli tumana bənzər örtüyünə görə yada oxşayır. O öz geyimi ilə latın döyüşçüsünü andırır. Yanlardakı əli qılınclı və qalxanlı pəhləvanlar çılpaqdırlar. Güman ki, onlar Alsayla bir cəbhədə duran etrusklardır.
Əsəri eradan əvvəlin 3-cü əsrinə aid edirlər. Bu, u dövr idi ki, latınlılarla üç yüz illik müharibədə (e.ə. 2600-2300-cü illər) etruskların artıq sonuna çatılmadaydı.
_______________________________
Ədəbiyyat nə yazır?
Britaniya muzeyində saxlanılan əsər terrakotdan hazırlanmış sarkofaqdır. Üstündəki qadın bir əlində matəm çələngi tutub. Şübhəsiz ki, sarkofaqda anun külü olub. Və bir detala fikir verin ki, indi bütün dünyada geniş istifadə olunan bu cür matəm çələngini biz ilk dəfə etrusk qadınının əlində görürük.
_________________________________
SORĞU: Azərbaycanda xışa və ya gavahına SAP deyilən yer varmı?
Varsa, tərcüməni "ALSAY, SAPLA (GAVAHINLA) VUR HA, (AY ƏLİVƏ DÖNÜM)!" kimi də anlamaq olar.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.