Çingiz xanin fəthi və “Səlcuqlu xəstəliyi...” 4-cü hissə
16-10-2016, 13:42
Çingiz xan o dövrün mənbələrində türk millətinin qisasçı xanı olaraq göstərilir. Onun ərəbləri aşağılamasının ilkin səbəbini ərəblərin antitürk siyasətlərinə cavab kimi yozurlar. Xəzər xaqanının (o dövrün Böyük Xaqan ünva-nını daşıyırdı – müəl.) biabır edilib diz çökdürülməsi, zorla İslamı qəbul etdirilməsi, Azər¬baycanda yerli türklərə zülüm edilməsi, Xorasanda və Mavərəneyn-nəhrdə xalqa qəddarca¬sına divan tutulması, kişilərin kütləvi öldürülməsi, gənclərin qul kimi, qızların kəniz kimi bazarlara sürülməsi türk tarixinin yeganə və ən qanlı səhifəsi kimi Çingiz xanı böyük qisasa səsləmişdi.
Ərəb sərkərdə Quteybənin Talkan yaxınlığında törətdiyi qətliamı ərəblər çox öymüşlər. Ərəb şairi Qaah əl Əsğəri bu qətliamı belə vəsf edib: ”Qazax və Fasfac (Orta Asiyada qədim yer adı) yaxasında bir-birinə sarılmış zavallı Türkləri qətl etdiyiniz gecələri hələ xatırlayın. Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyən yaşda kiçik cocuqlar qaldı. Minənlər də hırçın atların tərkində sanki bir yük kimiydilər... ”(Ziya Kitapçı ”İslam tarihi ve türkler ” səh.314).
Əməvi zülmündən türklərin hesabına qurtulan Abbasi-lərdə Xəlifə Mütəzz (897-ci il) vax¬tından etibarən türklərə qarşı bir antipatiya, bir ərəb nifrəti vüsət almışdı. Xəlifə Mə¬mu¬nun dövründə Türk olan vəzir Ubeydullah ibn Yəh-ya ibn Xaqanın və ordunun komandanı Musa ibn Buğa əl Kəbirin xilafətin qazandığı bütün uğurlarda imzaları vardı. Türklərin zə¬fərlərindən qorxan Xəlifə Mütamid onlarla mübarizədən çəkinərək paytaxtı yenidən Bağ¬dada (889-890-ci illər və ya 892-ci il) köçürdü. O düşünürdü ki, bu yolla türk təsirini zəiflət¬mək mümkündür. Bir zamanlar bu hakimiyyəti onlara alıb verən Əbu Müslüm Xorasaniyə (755-ci il, yanvar) etdikləri xəyanəti, ərəblər digər türklərə qarşı yönəltmək istəyirdilər. Sadəcə, qorxduqları üçün bu-nu gizlincə həyata keçirməyə çalışırdılar.
İlk ərəb-türk qarşıdurması Xəlifə Mütəzzin vaxtında baş verdi. 866-cı ildə əmlakı yoxla¬maq istəyən hesabdarı türk əyanlar təhqiramiz şəkildə döydülər. Məhəmməd və Nəsr adlı ərəb sərkərdələrinin başçılığı ilə məğribilər ad¬lanan ordu Samirədəki türklərə qəfil hücum edərək sıxış-dırdılar,onları Xəlifə sarayından qovdular.
Onlar türkləri ittiham edərək deyirdilər: “Gündə bir xə-lifəni öldürüb, o birini hakimiy¬yətdən devirirsiniz. Vəzir¬ləri qətlə yetirirsi¬niz”. Onlar türkləri məğlub etdilər, lakin əldə edilən barışıq şərtləriylə türklər barışmadılar. Türk sərkərdəsi Bayıkbəy gecə ikən evlərini basıb Məhəmməd və Nəsri öldürdü. Başsız qa¬lan məğribilər dağılışdılar. Ərəblərin türklərə qarşı ilk həmlələri uğursuzluğa uğradı.
Xəlifə Mütəzz həm də Əhli-Beyt düşməni idi. Əhli-Beytdən olanları İmam Əli Nəqi (ə) başda olmaqla Sami-rəyə gətirib, zəhərləyib öl¬dürdü. Sonra türk sərkərdəsi Bu-ğa əs Səğiri oyuna salıb başını kəsdirdi. Onun başını Sa¬mi-rədə nümayiş etdirdi. Türklərə acıqlı olan məğribilər onun başsız bədənini yandırdılar.
Əs Səğir Xəlifə Mütəzzinin ən çox qorxdu¬ğu sərkərdə idı. Lakin Xəlifə onu aradan götür¬məklə türk təsirini zəif-lədə bilmədi. Çünki türklər elə sistem qurmuşdular ki, Xəli-fədən sonra ən uca məqamı yalnız türk tuta bilərdi. Xəlifə bununla razılaşmağa məcbur idi.
Günümüzə gəlib çatan bir rəvayət də deyi¬lənləri sübut edir: “Bu zaman əyanlardan biri dedi: “Mən Mütəzzinin hakimiyyətdə nə qədər olacağını münəccimlərdən yaxşı bilirəm.” Ona ünvnlanmış “Nə qədər?” – sualına qısaca ca¬¬vab verdi: “Türklərin istədiyi qədər!” (“Do¬ğuşdan günümüze böyük İslam tarihi” III c. s. 258). Türklər bu ünvanı öz qılıncları və elmləri hesabına qazanmışdılar.
Türklərə qarşı ərəblərin əlacsız və hiyləgər mübarizəsi Xəlifə Mühtədin zamanında daha da kəskinləşdi. Xəlifənin Musa ibn Buğa əl Kəbir ilə Bayıqbəyi qarşı-qarşıya qoy-maq məqsədilə göndərdiyi, ikiüzlü, riyakar siyasə¬tinin üs-tünü açan məktubu Bayıqbəy açır. Əks plan işlətmək istə-yən Bayıqbəy Samirəyə qayı¬dır, Xəlifə Mühtədin də Ba-yıkbəyin başını kə¬sib ordunun içinə atır. Bunu görən türk-lər qi¬yam qaldırırlar. Məlumatlara görə, min nəfər (bəzi mənbələrdə 4000 nəfər – müəl.) türk əs¬gəri həlak olur. Er-təsi gün bütün türklər birləş¬dilər və Xəlifənin yanında olan türklər də qi¬yamçıların tərəfinə keçdi. Meydanda tək qalan Xəlifə qaçmaq istərkən yaxalandı. 870-ci ilin iyun ayında onu işgəncə verməklə öldürdülər.
Deyilənlərə görə, Xəlifə Mühtədinin şah da¬marını kə¬sib, fəvvarə verən qanını içən birisi demişdi: “Şərab içib doyduğum kimi Mühtədi¬nin qanından doydum” (“İslam tarixi” III c. Bakı 2000-ci il).
Beləcə bu çəkişmələr davam edir, onlarla türk sərkər¬dəsinin edamıyla sonuclanırdı.
6
Çingiz xan ərəblərin Quteybə bin Müslü¬mün (670-715) başçılığı ilə Orta Asiya və Əfqanıstan ərazilərində törətdikləri vəhşiliklərdən, Azərbaycan və Xəzərdə din deyil, əsil iş¬ğalçı, talançı savaş-qırğınlarından xəbərdar olan ulu türk idi. Onun cəza verəcəyi siyahıda ərəblər də vardı. İslam dininə dəxli olmayan ərəb xəlifələrinin xəyanətini bilirdi...
Çağdaş Türkiyə Səlcuqluların qisasını alır¬mış kimi türk düşmənləri ilə eyni cərgədə da¬yanaraq, heç bir mənbəyə əsaslanmadan Bö¬yük Çingiz xanı monqol adlandırırlar. Az bir qisim isə ictimai rəyin qorxusuyla monqollaş¬mış türk deyirlər. Əslində Çingiz xanla eyni dövrdə yaşayan tarix¬çilər (Bax: Cüveyni, Rəşi¬dəddin – müəl.) heç bir tərəddüdə yer vermə¬dən onun türk olduğunu yazırlar. Bəs bu “mon¬qollaşmış türk” deyimi haradan çıxdı?
Bu necə elm, bu necə genelogiya, bu necə bir assimil¬yasiya göstəricisidir? Bir milyonluq orduda sayı dörd min olan monqol necə olub ki, böyük bir ordunu, böyük bir imperatorluğu assimilyasiyaya uğradıb? Bu barədə Faruq Sü¬mərin fikirləri də çox maraqlıdır: “...monqol¬lar başlıca olaraq Tokat, Amasya, Çorum, Kır¬şəhər, Kayseri və Sivas ətrafında yaşayırdılar. Onlara, ümumiyyətlə, “tatar” deyi¬lirdi... 1337-ci ildə həmin tatarların başında əmir Ərəfna dururdu. O, uyğur türklərindən idi...” (“Oğuzlar” Bakı. 1992. s.173).
Xaqani Rzaquliyev
Ardı var
teref.az