Misirdə qədim Alban əlyazmaları. Hansı əlifba ilə aşkar edildi?

24-03-2025, 12:04           
Misirdə qədim Alban əlyazmaları. Hansı əlifba ilə aşkar edildi?
Mən uzun zamandır Azərbaycan torpaqlarında mövcud olmuş Alban (Ağvan) dövləti ilə bağlı yazılar yazıram, araşdırmalar edirəm. Əsas diqqət verdiyim məsələ bu dövlətin yazı və danışıq dilini müəyyən etməkdir. Bu gün yüzlərlə iddialar var bu barədə. Ancaq son aylarda əldə etdiyim sənədlərin foto surətləri düzgün yolda olmağımı göstərir. Əlbətdə bu gün saxta sənədlər, əlyazma və qaynaqlar arxivlərdə çoxluq təşkil edir. Lakin əsl həqiqi sənədlər əldə edildikcə saxtaları dərhal müəyyən etmək olur. Bir müddət idi ki, dünyada mövcud olan arxivlər, qədim kitabxanalara yazıram. Maraqlı bir cavab Misirdəki Müqəddəs Yekaterina monastırından gəldi. Oranın unikal kitabxanası var, o, dünyanın ən qədimlərindən biridir. Minlərlə kitab arasında palimpsest kimi tanınan 130-a yaxın əlyazma var. Palimpsest orijinal silinmiş mətnin üzərinə yazılmış əlyazmadır. Bu, VII əsrdə son dərəcə zərurətdən həyata keçirilmişdir.
Qafqaz Albaniyası dövrünə aid burada əlyazmalar olduğu qeyd edilir. Azərbaycan ərazisindən Misirə aparılan bu əlyazmalar üzərində də elə də qeyd edilib “ Azərbaycan ərazisində tapılmış daşların üzərindəki bir neçə kitabədən məlum olan Qafqaz albanları”
Qeyd edim ki, 30 noyabr 1971-ci ildə Müqəddəs Yekaterina monastırının ərazisindəki Müqəddəs Georgi kilsəsində yanğın baş verdi. 1975-ci ilin may ayında təmir və yenidənqurma işləri zamanı rahiblər kilsənin qurbangahının altında 1100-dən çox əlyazmanın gizlədildiyi divarlı bir məbəd aşkar etdilər. Əlyazmaların əksəriyyəti perqament üzərində yazılmışdır. İçlərində Qafqaz Albaniyasına aid əlyazmalar da var idi.
2000-ci ildə Volkswagen Fondu (Volkswagen Stiftung) tərəfindən dəstəklənən Qafqaz dillərinin elektron sənədləşdirilməsi üzrə genişmiqyaslı layihə çərçivəsində monastırda əlyazmaların ultrabənövşəyi fotoşəkilləri çəkildi və bu, vahid kodeks oldu. Müəyyən edilmişdir ki, kodeksin 242 səhifəsi Qafqaz-alban dilində mətndən ibarətdir ki, bunun da böyük hərflərlə yazılmış 126 səhifəsi lektoriyanın mətni, 112 səhifəsi isə Yəhyanın İncilidir. Dörd səhifədəki mətn geri qaytarılmayacaq şəkildə itib. Alınan təsvirlər Qafqaz-Alban mətninin deşifrə edilməsi üzrə sistemli işə başlamağa imkan verdi. Əldə edilən araşdırmalar zamanı məlum oldu:
Qafqaz-alban dilinin fonologiyası, morfologiyası və sintaksisi, mövcud dil təsnifat sistemindəki yerini müəyyən etmək mümkündür. Və bizim diqqəti cəlb edəcək əsas məsələ:
Alban mətninin LATIN dilində mövcud əlyazmalara daxildir: İncilin əlyazması (Yəhyanın İncili); əlyazma lüğəti (Matta, Mark və Lukanın İncillərindən, Həvarilərin İşləri, Şura məktubları və Pavelin məktublarından çıxarışlar daxildir). Əhdi-Ətiq kitablarından: Yeşaya peyğəmbərin kitabı; Zəbur (parçalar)”
Mən yenə də iddiamda qalıram. Alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan türk dili idi: Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparmış, etnonimlərin etimoloji izahını vermişlər. Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu 16 gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır. Matendaranda Azərbaycan ədəbiyyatı və tarixinə aid qiymətli tarixi sənədlər saxlanılır.
Matendaranda Alban əlifbasının olduğu qədim sənəd də mövcuddur. Onu ilk dəfə Marra adına Universitetin professoru Şanidze və dosent Abuladze aşkar edib dərc ediblər. Bu əlifba Azərbaycan tarixi və ədəbiyyatı üçün misilsiz əhəmiyyət daşıyır. Bu yeni əlyazmalar, bizə çatan və hər addımda rastımıza çıxan faktlarla sübut edir ki, Azərbaycan xalqı Zaqafqaziyanın mədəni dəyərlərinin yaradılmasında aktiv iştirakçı olubdur.
Matendaranda Azərbaycan tarixinə aid çox qiymətli yazılar var. Türk dilində yazılan şeirlər və əlyazmalar hansılar ki, Azərbaycan tarixinə aiddir, heç biri öyrənilməyib.
Hesab edirəm ki, dövlət bu işdə maraqlı olub, mütləq bu unikal kitabxanaya alimlərin ora gedib orda saxlanılan Alban dilində olan əlyazmaları tədqiq etməlidir.
Zaur Aliyev, dosent
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.