Uçurumları sevənlərin qanadları olmalıdır..

21-02-2018, 19:59           

“Uçurumları sevənlərin qanadları olmalıdır...”

F.Nitsşe

Dəli qalmadı

Hər kəs ağıll oldu,

Sevməyə dəli qalmadı.

Mənim sevda dinimdə

Bir kimsə əli olmadı.

Geyib dəlilik donu

Düşünmədim mən sonu.

Şair etsəm də onu

Yazmağa təbi olmadı.

Seçsə də qaradan ağı

Vurub qəlbə həsrət dağı

Eşqə düşməyə hal

Çəkməyə qəmi olmadı.

Nə yaxşı

Nə yaxşı çox sözə qəlbim inanır,

Nə yaxşı ürəyim hələ uşaqdır

Hardasa qəlbimin çağlayan qanı

Məkrdən riyadan , şərdən uzaqdır.

Hardasa nağllar hələ ruhuma

İşıqlı dünyadan sözlər göndərir.

Əsrlər adlamış cadugərləri

Sözlərim bağımdan alaqtək dərir.

Hardasa sevdama qazılır quyu,

Elə qazanları batırır , udur.

İllərlə gözlərdən axan yaşları

Eşqim ehtiramla ani qurudur.

03.12.2017
Bahar Səmin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.