Seçicilər deputatı ifşa etdi - SENSASION FAKTLAR

8-10-2015, 10:11           
Seçicilər deputatı ifşa etdi - SENSASION FAKTLAR
Ağdam seçiciləri deputat Bəxtiyar Əliyevə məktub yazıb. TİA.AZ-ın verdiyi xəbərə görə, məktub “Facebook” sosial şəbəkəsində yayımlanıb.

İronik üslubda yazılan məktubda deputatda növbəti dəfə seçkidə iştirakına görə “təşəkkür” edilib. Seçicilər qeyd ediblər ki, barəsində bu qədər neqativ məlumatlar olmasına baxmayaraq, yenidən deputatlığa namizəd olub.
Seçicilər bildiriblər ki, B.Əliyev vaxtilə “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat institu”nun Bakı filialı deyilən saxta bir institut yaradıb, oraya testdənkənar üsullarla tələbə qəbul edib. Sonra onları qısa vaxtda başqa nüfuzlu dövlət universitetlərinə köçürüb.
Bu saxta institut mövcud olduğu müddətdə lisenziyasız fəaliyyət göstərib. İnzibati-İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qərarı ilə qanunsuz elan edilərək bağlanıb.
İddia edilir ki, instituta testdənkənar üsullarla qəbul həyata keçirdikdən sonra, hər işi qanuni etmək üçün qısa müddətə həmin şəxsləri Azərbaycanın digər nüfuzlu universitetlərinə “perevod” etdirib.
Həmin şəxslərin diplomunun rəsmiliyini artırmaq üçün ali məktəbi bitirdikdən sonra onları BDU-da, kurasiyasında olan elmi şuralarda elmi iş müdafiəsinə buraxdırıb.
TİA.AZ seçicilərə istinadla yazır ki, deputatın rəhbərliyi altında müdafiə etmiş şəxslərin hamısı yüksək vəzifəlilərin övladlarıdır. Məsələn, BDU-nun prorektoru Aydın Kazımzadənin qızı - Lalə Kazımzadə, BDU-nun dekanı (sizin fakültənin dekanı) Hikmət Əlizadənin qızı - Səbinə Əlizadə; İctimai Televiziyanın sabiq rəhbəri İsmayıl Ömərovun qızı - Füruzə Səmədova, İqtisadiyyat universitetinin prorektorunun (sizin də oğlunuz onun dissertantıdır) qızı; bundan başqa sabiq deputat məşhur Gülər Əhmədova, aparıcı-falçı-psixoloq İlham Mirzəyev və s.
Seçicilər sual edir ki bunu korrupsiya faktı hesab etmirsinizmi? Yəni ki, bütün bunlar xidmətlə göstərilən korrupsiya və ya əlinizdə olan dövləti səlahiyyətlərlə öz vəzifənizi qorumaq üçün yüksək vəzifəli şəxslərə verdiyiniz “xidmət rüşvəti” kimi təsnif oluna bilər.
Seçicilər kinayə ilə qeyd edir: “Qardaşınız Əhəd Əliyev vaxtilə Şirvan polis rəisinin müavini vəzifəsində çalışıb. Hacı Məmmədov komandasınin cinayətləri ifşa olunarkən, o da istintaqa cəlb olunub və vəzifədən kənarlaşdırılıb. Siz o vaxt öz qardaşınızı belə pis əməllərdən çəkindirə bilmirdinizmi?
Həmçinin bəziləri Sizin karyeranızdakı yüksəlişlə qardaşınızın Hacı Məmmədov komandasının aktiv üzvü olması arasında ciddi əlaqə axtarırlar. Axı biz bilirik ki, sizin kimi bir insanın belə başgicəlləndirən yüksəlişi qan üsütündə dayana bilməz, əli qanlara batmış insanların sizin karyeranızda rolu ola bilməz”.
Deputat haqda daha müdhiş iddialar səslənib: “Məşhur “Nicat” cəmiyyətinin sədr müavini, sonra həmin cəmiyyətin sədri olan Famil Mehdi xəstə düşəndən sonra o cəmiyyətin sədri olmuşunuz. Mərhum prezidentimiz Heydər Əliyev əleyhinə aktiv fəaliyyət aparmışınız.
Heydər Əliyev özü də bir neçə dəfə aqressiv rəylər söyləmiş və ondan sonra o cəmiyyətin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən qapadılmışdı. Siz indiki vaxtda o fəaliyyətinizə görə xəcalət hissi keçirirsinizmi?
Deyilənlərə görə sizin Almaniyada böyük mülkləriniz var. Müəllim və Deputat maaşı ilə bunları necə almaq olardı? Mütəmadi olaraq Ağdam camaatı qəzetlərdə, televiziyalarda sizin bir deputat kimi Ağdam camaatı üçün heç nə etmədiyinizi deyirlər. Xahiş edirik sadalayasınız ki, bu 15 ildə bir deputat kimi siz hansı ağdamlıya nə fayda vermişiniz”.
Seçicilər sonda növbəti faktı ortaya qoymaqla deputatı ifşa edib: “Ağdamın icra başçısı sizin xeyrinizə seçkini indidən saxtalaşdırır. O cümlədən, sizə real rəqib ola biləcək heç kimin namizədliyinin qeydiyyata alınmasına imkan vermir.
Odur ki, “rəqabətli mühit görüntüsü” yaratmaq üçün büdcə təşkilatlarında çalışan süpürgəçi, mühafizəçi, müəllim və s. kateqoriyadan 10-15 şəxsin namizədliyini qeydə alıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.