Ağalar Vəliyev seçkidə hakimiyyətin dəstəyini almayacaq - "Aqrartikinti"nin rəhbəri himayəsiz qaldı

8-10-2015, 10:42           
Ağalar Vəliyev seçkidə hakimiyyətin dəstəyini almayacaq - "Aqrartikinti"nin rəhbəri himayəsiz qaldı
"Aqrartikinti"nin rəhbəri, deputat Ağalar Vəliyevin prezidenti İlham Əliyevin tapşırıqlarına əməl etməyib onu aldatdığı barədə məlumat vermişdik.

Məlumatda deyilirdi ki, Azadlıq prospektində yanan binanın təmirini həyata keçirən "Aqrartikinti" bu işin öhdəsindən gələ bilməyib. Təmir işləri keyfiyyətsiz aparılıb. Mənzillərə verilən məişət avadanlıqları televiziya çəkilişlərindən sonra sakinlərdən alınıb. Yazdıqlarımız təsdiqini tapıb.

Yanan binanın sakinləri Prezident Administrasiyası və Hazirlər Kabinetinin qarşısında aksiya keçiriblər. Onlar təmir işlərinin keyfiyyətsiz aparıldığından şikayətləniblər. Eyni zamanda bildiriblər ki, yanğın zamanı təkcə mənzilləri deyil, avandanlıqları da yanıb. Prezident İlham Əliyev də mənzillərin təmir edilməsilə yanaşı onların məişət avabnlıqları və mebellərlə təmin edilməsini də tapşırıb. Lakin Ağalar Vəliyev faktiki olaraq prezidentin tapşırığına əməl etməyib. Bununla da parlament seçkiləri öncəsi ölkədə narazılığa səbəb olub.

DİA.AZ-a daxil olan məlumatda da qeyd olunur ki, vəziyyətin məhz bu şəkli alması səsəbindən Ağalar Vəliyevin əsas "istinad nöqtəsi" hesab olunan deputat mandatı da şübhə altına düşüb.

Dia.az-a danışan mənbəyə görə, artıq "yuxarılar" "Aqrartikinti"nin rəhbərinin arxasından çəkiliblər: "Yəni Ağalar Vəliyev seçkidə hakimiyyətin dəstəyindən çəhrum edilir. Hələlik olan qərar budur və YAP öz namizədini müdafiə etməyəcəksə, onun sonrakı aqibətinin daha da böyük itkilərlə müşaiyət olunacağı heç şübhəsizdir".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru