Vidadi İsayevin Bərdədəki sonuncu Qurban bayramı tarixlərə” həkk” olunacaq
8-10-2015, 15:12
GUNDEMİNFO.AZ-a bir qrup bərdəli tərəfindən mürzciət daxil olub. Müraciət edən vətəndaşlar iki həftə öncə Bərdə rayonunda təşkil edilmiş Qurban bayramı törənlərində yol verilən pozuntulardan bəhs edirlər. Bərdəlilər yazır:
- Əslində insan öz tamah boğazını kəsər və malından bir qədərini ayıraraq, riza və təslim məqamı ilə Allaha hədiyyə verər. Subhəsiz ki, Allah bu qurbandan bəhrə aparmaz. Necə ki, bu ayə buyurur: "Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva catar". ("Həcc" 37). İnsan bütün il boyu özü üçün çalışır və ancaq öz mənafeyini düşünür. İslam yoxsulluğu aradan qaldırmaq üçün buyurur ki, il boyu özün yemisən, ildə bir günü qurban kəs və yoxsulları yedizdir ki, onlar da sevinsin. Bəli, dinimiz insan yedirən belə bir dindir. Bu gözəl bayram günündə öz batinimizə diqqət edək və tamahımızı, hərisliyimizi, acgözlüyümüzü qurban edək.
- Bu il sentyabr ayının 24-25 tarixlərinə təsadüf edilən Qurban bayramının başlanmasına 2 gün qalmış Bərdə Rİh-nin başçısı tərəfindən bu müqəddəs bayramın “yüksək” səviyyədə kecirilməsi ucun genis tədbirlər planının hazırlanması rayon əhalisin cox sevindirdi. Fikirləşdilər ki, qurbanlar kəsiləcək və rayonun əsasən kasıb təbəqəsinə qurban payı veriləcək. Ancaq sən saydıqını say..... Bu müqəddəs tədbirin rəhbərliyi tapşırıldı nə Bərdə RİH-nin 1-ci müavininə, nə müavinlərinə nə də basqa nufuzlu bir səxsə..... Bu iş kimə tapşırılsa yaxşıdı? Hələ Tərtər ƏSMM də isləyərkən dəladuzluq etdiyinə, əlil insanların müavinətin mənimsədiyinə görə isdən qovulmuş, sonradan 2011 ci ildə Bərdəyə mələk qismində RİH-də işə düzəlmis, gələrkən qaynanasını, qaynatasını, qardaşının oğlunu özü ilə Bərdəyə qazan doldurmaqa gətirmiş ”Bakuş” ləqəbli ZAUR BƏYLƏROVA.
Həmən bu Zaurun rəhbərliyi ilə rayonun 40 inzibati ərazi dairələrinə, 109 bələdiyyə, 110 idarə müəssisə rəhbərlərinə, rayonun iş adamlarına, yanacaqdoldurma məntəqələrinə, fermerlərə və imkanlı adamlara diri çəkisi 30 kq olmaqla xırda buynuzlu erkəklər, 100 kq-lıq çəkidə isə erkək dana gətirilməsi tapşırığın verir və bu tapşırığı yerinə yetirməyənlər rayon rəhbəri tərəfindən ciddi cəzalandırılacaqını deyir. Bu qayda ilə 780 bas erkək toğlu, 50 baş erkək dana rayonun İqdisadiyyat kollecinin emalatxana-anbarına və səxsən Zaura təhvil verilir.
Əsas iş bundan sonra başlanır. Qurban bayramı günü rayonda bir baş da ola heyvan kəsilmədi, çəkliş uçun gələn AzTv və digər TV-lər tədbirin harada keçirildiyin tapa bilmədilər. Elə ona görə də TV-lərdə Bərdədən Qurban bayramı ilə əlaqədar verliş hazırlamaq mümükün olmadı. Rayon qəzetində bir səkil və ya məlumat verilmədi. Hər il Qurban bayramı tədbiri Olimpiya idman kompleksində kecirildiyindən rayon əhalisi əvvəlcə bura toplasmaq istəsə də sonra gördülər ki, burda hec kim yoxdu.
Beləliklə QURBAN BAYRAMI ilə əlaqədar yığılmış heyvanların bir hissəsi bir yerdən qiymətindən də aşağı qiymətə rayonun qəssablarına satılb və bir hissəsidə hər il olduğu kimi nəməlum istiqamatə maşınlarla göndərilib. ZAUR BƏYLƏROV təyin olunduğu yeni vəzifəsində ilk “ UĞURLU” işin göstərdi və yəqin ki saq ol da aldı. Zaurun bu əməlləri tək bununla bitmir, bütün ərazi vahidləri və bələdiyyələr ona aylıq verməlidirlər yoxsa günahsız insanları şərləməyə nə var ki...
Bütün günahlar bağışlansada Qurban payına haram baxanlar heç vaxt ULU Tanrı tərəfindən bağışlanmayacaq.
GUNDEMİNFO.AZ olaraq qeyd edək ki, bu iddialar əslində Bərdədən bizə ünvanlanan müraciətdə qeyd edilir. Və redaksiya olaraq qarşı tərəfin də mövqeyini dinləməyəhazırıq.