““Qara maskalılar” nazirin evində və bağında axtarış aparıb” - iddia

10-10-2015, 12:20           
““Qara maskalılar” nazirin evində və bağında axtarış aparıb” - iddia
Məzuniyyətdəki nəqliyyat şefi haqda daha bir sensasiya ; Ziya Məmmədov susduqca barəsində ən müxtəlif iddialar yayılır; Məmmədovların mülklərində xüsusi əməliyyatın keçirildiyi deyilir; nazirdən 500 milyon pulun qaytarılması tələbi nə dərəcədə gerçəkdir?

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən müəmmalı olaylarla bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Bu xəbərlər o qədər ziddiyyətlidir ki, nəyin həqiqət, nəyin şayiə olduğunu müəyyənləşdirmək çox çətindir. Ötən saylarımızda da qeyd etmişdik ki, Məmmədovların başı üzərində sıxlaşmış “qara buludlar” onun rəqiblərini də hərəkətə keçirib - elektron mediaya müxtəlif kanallarla xəbərlər ötürülür ki, bunları adı çəkilən personanın özü ilə dəqiqləşdirmək təəssüf ki, imkan xaricindədir. Müşahidələr həm də onu göstərir ki, Məmmədovlarla bağlı istənilən xəbər oxucu üçün çox maraqlıdır və bunu yazılarla bağlı statistika da göstərir.

Məmmədovlarla bağlı mövzunun aktuallığını itirməməsinin başqa bir səbəbi də “vurulduğu” deyilən düşərgənin əsas fiqurunun susmasıdır. Məzuniyyətdə olduğu deyilən nazirin gah Ucarda olduğu, gah ölkə xaricində dincəldiyi söylənilir. Bir mətbu orqan iddia edir ki, nazir bir daha işə qayıtmayacaq, başqa bir informasiyada isə onun oktyabrın sonunda vətəndaşlarla qəbul günü olduğu iddia edilir. Bu səbəbdən də daxil olan məlumatları saf-çürük etmək, hətta digər rəsmi qurumlarla dəqiqləşdirmək çətinliyi yaranır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.