Deputatın 100-dən çox cangüdən nəyinə lazımdır?

13-10-2015, 10:36           
Deputatın 100-dən çox cangüdən nəyinə lazımdır?
Azərbaycanda bir çox deputatlar ya həddindən artıq imkanlı, ya da hansısa məmurun yaxın qohumudurlar. Parlamentdə təmsil olunanların bu şəkildə təsnifləşməsi isə mahiyyət etibarı ilə keyfiyyət məsələsinə də öz təsirini göstərir. Və bu səbəbdən Milli Məclisdə “lal” deputatların da üstünlük təşkil etdiyi gizli məsələ sayılmır.

JAM.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun “statusu” isə bir başqadır. Belə ki, Cəlilabadda heç bir nüfuzu olmasa da, hakimiyyət dəstəyi nəticəsində mandat sahibi olmuş Həsənovun bir başqa “özəlliyi” daha var.

Belə ki, Malik Həsənovun xeyli sayda cangüdəni olduğu kimsəyə sirr deyil. Onun hər yerə minimum 100 nəfərlik mühafizəçi “ordusu” ilə getməsi isə istər istəməz hamıda təəccüb doğurur. Hətta Cəlilabadda seçicilərlə görüşə də bu şəkildə getməsi insanlarda ona olan inamsızlığı daha da artırır. Çünki seçicilər düşünür ki, əgər Malik Həsənov onların qayğısına qalmaq istəyən, problemlərini çözməyə çalışan deputat olduğunu nümayiş etdirmək istəsəydi üzərlərinə cangüdən ordusu ilə deyil, bir-iki vəkili ilə gələrdi. Və onu da sual edirlər ki, əfər Malik Həsənov camaata özünü yaxın bilirsə, o zaman “ordu” ilə gəlişinin səbəbi nədir?

JAM.AZ-ın dəqiqləşdirməsinə görə, komitə sədrinin deputat qardaşının bu qədər cangüdənlə hərəkət etməsi səbəbsiz deyil. İddialara görə, Malik Həsənov qardaşı sayəsində böyük biznesə sahib olub. Eyni zamanda, bu biznesi qurarkən bir sıra haqsızlıqlar etdiyi deyilir. Hazırda onun Sumqayıt və Bakıda onlarla zavodu, fabriki, sexləri və müəssisələrinin olduğu deyilir. Elə edilən haqsızlıqlardan dolayı xeyli sayda cangüdənlə gəzir ki, təhlükəsizliyini təmin etsin.

Həmçinin onu da vurğulayaq ki, bir deputatın bu qədər cangüdənlə gəzməsi qəti başadüşülən deyil. Həmçinin özünün inkar etdiyi kimi, biznsei yoxdursa, bu qədər mühafizəçinin pulunu haradan verir? Hər halda 1800 manat deputat maaşı ilə heç 2 mühafizəçi saxlamaq mümkün deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.