“Qaçqınkom”un departament rəhbərinə “1 milyona başa gələn oğul” - Foto
13-10-2015, 23:13
Pənah Əliyevə “1 milyona başa gələn oğul”
“Qaçqınkom”un departament rəhbəri Pənah Əliyevlə bağlı silsilə yazılar dərc edirik.
Ötən yazımızda Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qaradağ rayonunda hüquq- mühafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan Range Rover Cip-lə gedir. Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi Audi markalı avtomobilini sataraq Range Rover Cip-i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..?
Ötən yazıda qeyd etdiyimiz kimi Pənah Əliyev heç bir yerdə işləməyən və hazırda orduda xidmətə hazırlaşan kürəkəninə Nərimanov rayonu ərazisində ipoteka ilə ev alıb. Görəsən heç yerdə işləməyən kürəkən bu ipotekanı necə öndəyir..? Əlbəttə, oğlunun da, kürəkəninin də aylıq ödənişlərini cənab Pənah Əliyev ödəyir, özü də “Qaçqınkom”dan gələn pulların hesabına.
Digər tərəfdən Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. 9 mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən Sombrero Restoranı, Dental klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, Qızıltac restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, Varovskidəki villası və digərləri böyük bir siyahının kiçik bir hissəsidir.
Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evil- eşikli etmək, maşınlı-avtolu etmək…ona bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır? Bizi izləyin araşdırmamız davam edir.(qafqaznews.az)