Akif Covdarov hansı bankla çirkli pulları təmizləyərək Azərbaycandan çıxardırdı - "Dəmir Bank" hədəfdə

17-11-2015, 12:49           
Akif Covdarov hansı bankla çirkli pulları təmizləyərək Azərbaycandan çıxardırdı - "Dəmir Bank" hədəfdə

Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli “Qaçağan klanı”nın əsas simalarından biridir.
Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.

Eldar Mahmudovun “kassiri” və terminatoru olan general-mayor Akif Çovdarovun kürəkəni MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanovun yaxın qohumları barəsində, onların Eldar Mahmudov və Akif Çovdarov bandası ilə əlaqələrinin olub-olmaması ilə bağlı Milli Antikorrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ciddi araşdırma başladılıb.

Rəşad Əmircanovun yaxın qohumu, məclislərdə “Generalın” ( Akif Çovdarovun) "şərəfinə" daimi təriflər söyləyən və qudası Akif Çovdarovla fəxr edən edən Dəmir Bankın idarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi raşdırılır.

Roman Əmircanov hazırda Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyadadır.

Mənbə qeyd edir ki, Respublika Prokuroluğunda artıq müfəssəl məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırıb.
Mənbənin verdiyi xəbərə görə Akif Çovdarovun bütün çirkli pul əməliyyatları bu bank vasitəsi ilə təmizlənirdi. Bu əməliyyatlara isə nəzarəti Rəşad etməli idi.

Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürüb.
Mənbə yaxın zamanlarda DəmirBank İH sədri Roman Əmirçanovun son olaylarla bağlı həbs ediləcəyini bildirib. Hazırda onun ciddi nəzarətə alındığı qeyd edilir.
Azərbaycan mediasında gedən və təkzib olunmayan bəzi mlumatlar teref.aznun poçtuna gələn bu məktubdakı faktların doğru olduğunu göstərir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.