Məhəmməd Məmmədovun iki müavini həbs oluna bilər - Onlar sorğu-sual edilib

17-11-2015, 16:56           
Məhəmməd Məmmədovun iki müavini həbs oluna bilər - Onlar sorğu-sual edilib
Xəbər verildiyi kimi, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov un barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com-a daxil olan məlumata görə, “MTN işi” çərçivəsində aparılan əməliyyatlarla bağlı Məhəmməd Məmmədovun müavinləri Zahir Vəliyev və Mehman Həsənov da hüquq- mühafizə orqanları tərəfindən sorğu-sual edilib. Zahir Vəliyev eyni zamanda qurumun texniki direktorudur. Onların da fəaliyyətləri araşdırılır. Əldə etdiyimiz məlumata görə, bu şəxslərin də həbs olunması gözlənilir.

Qeyd edək ki, APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru