İcra başçısı Adil Vəliyevə aid edilən obyektlərin FOTOLARI yayıldı

17-11-2015, 17:28           

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və onun sağ əli İcra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi işləyən Rəfael Abdullayevin əsarətinə çevrilməsi ilə bağlı məlumat vermişdik. Rayon sakinləri icra başçısının son vatlar gördüyü işlərdən ciddi narahatlıq keçirir. Çünki icra başçısı rayon İcra Hakimiyyətinin qarşısındakı küçəni təmir etdirsə də, rayonun digər qəsəbələri onun yadından çıxıb. Əslində, yaddan çıxmayıb, sadəcə olaraq icra başçısı və Rəfael Abdullayevin başı rayonda özlərinə məxsus ticarət mərkəzləri, moykalar tikməyə qarışdığından qəsəbələrin sosial problemlərinə vaxt ayıra bilmirlər.

Qeyd edək ki, icra başçısının adının hallandırıldığı bu tip problemlərin sayı-hesabı yoxdur. Yayılan məlumatlardan aydın olur ki, məmur tamamilə başqa yollardan istifadə edərək vətəndaşların hüquqlarını tapdalayır və onlara məxsus torpaq sahələrini qeyri-qanuni yolla ələ keçirib başqalarına verir. Belə deyirlər. Özəl mənbələr vurğulayır ki, Adil Vəliyev icra başçısı vəzifəsinə təyin olunandan sonra biznes şəbəkəsini daha da genişləndirib. Bizə verilən məlumatlara əsasən, başçı vəzifəyə keçən kimi Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində Neft Şirkətinin ərazilərini özəlləşdirməyə nail olub: "Bakıxanov qəsəbəsində, Mədəniyyət küçəsindəki parkda şəxsi "Şəhrizad" uşaq bağçası tikdirib. Həmin qəsəbədə İdman Təmayüllü İnternat Məktəbinin ərazisinin bir hissəsi də bu məmurun maraqlarına qurban gedib. "Vahid" şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun kənarında Balaxanı Neftin ərazisi, Bakıxanov qəsəbəsi İcra Nümayəndəliyinin inzibati binası, "Şahin" İdman Klubunun, Sülh küçəsindəki kiçik parkın, 2 saylı doğum evinin yanındakı parkın ərazisi də başçı tərəfindən ələ keçirildiyi bildirilir. Bundan başqa, "Bakı Fəhləsi" zavodunun arxa tərəfindəki və Anaşkin küçəsindəki torpaq sahələri də Adil Vəliyevin gəlişindən sonra sürətlə verilib. İcra hakiminin bütün bu işlərini Rafael adlı işçisi həyata keçirir". İcra başçısının fəaliyyətindəki qanunsuzluqlar bununla da bitmir. Gələn saylarımızda Adil Vəliyevin oğlunun adına Bakıxanov qəsəbəsində 400 min manata aldığı boş torpaq sahəsi ilə bağlı geniş məlumat verəcəyik.

Aşağıda gördüyünüz şəkillər isə, icra başçısı Adil Vəliyevlə sağ əli Rəfail Abdullayev tərəfindən Bakıxanov Ticarət Mərkəzinin yaxınlığında inşa edilən obyektlərin bir neçəsidir. «sərhəd.info/






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.