Xaçmazda turistləri qarşılamaq üçün hər şey var, heç nə də yoxdur... - Klublar bağlı qalıb...

17-11-2015, 17:57           
Xaçmazda turistləri qarşılamaq üçün hər şey var, heç nə də yoxdur... - Klublar bağlı qalıb...
Redaksiyamızın ünvanına daxil olan şikayət məktublarında Xaçmaz rayonu Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində müşahidə olunan neqtiv hallara dair açıqlamalar təqdim olunur. Məlumatlarda həmçinin şöbənin rəhbərliyi tərəfindən yol verilən ciddi nöqsanlara dair faktlar öz əksini tapmaqdadır. Qeyd edək ki, hazırda Xaçmaz rayonunda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və digər mədəniyyət və turizm obyektləri yerli sakinlərə və rayonun qonaqlarına xidmət göstərir. Məlumdur ki, Xaçmazın bu rayona üz tutan turistlərə təqdim edə biləcəyi çox böyük və maraqlı mədəni irsi, turizm üçün əlverişli ərazisi vardır. Bu səbəbdən də, rayonda regionların inkişafı proqramı çərçivəsində daxili və beynəlxalq turizmin inkişaf etdirilməsi məqsədilə bir çox əhəmiyyətli dövlət tədbirləri həyata keçirilir. Aldığımız məlumatlar da təsdiq edliir ki, rayonda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin təəssüflər olsun ki, bu gün Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən Nazim Ağayev bu qurumun öhdəsinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini heç də yetərincə qiymətləndirmir. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, eləcə də mədəniyyət obyektləri istisnasız olaraq hər ay Mədəniyyət və Turizm Şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə Nazim Ağayev tərəfindən ödənişdən boyun qaçıran obyektin sahibi üçün elə problemlər yaradıla bilər ki, müəssisəyə dəyəcək ziyan aylıq haqqı bir neçə dəfə üstələyər. Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə şöbənin rəhbərliyi tərəfindən mənimsənilir. Açıqlamalarda vurğulanır ki, son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilib, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılıb. Xaçmazdakı mənbələrdən aldığımız məlumatlara görə, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsi geniş olsa da, Nazim Ağayev mədəniyyət obyektlərinin bir hissəsinə yetəri qədər diqqət ayırmır. Mənbəmiz vurğulayır ki, rayondakı klubların əksəriyyəti baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Halbuki, hələ bir neçə il əvvəl həmin klublarda müxtəlif tədbirlər keçirilirdi. Bu gün isə həmin klublardan bir neçəsi az qala tövləni, toyuq hinini xatırladır. Adı sadəcə kağız üzərində mövcud olan bu müəssisələr şöbə müdiri üçün əməlli-başlı qazanc mənbəyinə çevrilib. İddialara görə, şöbə müdiri klublarda ştatdan kənar işçilər saxlayır və onlara yazılan aylıq əməkhaqlarını da özü alır. Həm də bu “ölü canlar” təcrübəsi əksər mədəniyyət evlərində, kitabxanalarda, müsiqi məktəblərində də tətbiq edilməkdədir. Bundan başqa isə, şöbənin nəzdində fəaliyyət göstərən mədəniyyət evlərinə, kitabxanalara və klublara mal və inventarların alınması adı altında da mütəmadi olaraq külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradılır. Həmçinin Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlərdən bəhs edən ki, məlumatlarda da bildirilir ki, Nazim Ağayev təmir-tikinti, habelə müxtəlif avadanlıqların alınması məqsədilə elan edilən tenderlərə özünə yaxın olan şirkətləri məhz yuxarıda qeyd edilən məqsədlərlə cəlb edir...

Qarşı tərəfin də məsələyə münasibətini dərc edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.