Vidadi Zeynalov Elmar Vəliyevin xalası oğluymuş

18-11-2015, 15:09           
Vidadi Zeynalov Elmar Vəliyevin xalası oğluymuş
Gəncənin icra başçısı həbs olunan sabiq aparat rəhbərinin güdazına gedə bilər

MTN olayından sonra başlayan həbslər fonunda daha çox məmurun problem yaşayacağı artıq dəqiqləşməyə başlayıb. JAM.AZ xəbər verir ki, təkcə Eldar Mahmudov və ətrafı ilə əlaqəli olanlar yox, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə də əlaqəsi olanların sıxıntıya düşdüyü üzə çıxmaqdadır.

Bildirək ki, bu yaxınlarda həbs olunan RYTN-in aparat rəhbəri Vidadi Zeynalovun da ətrafıyla bağlı geniş məlumatlar toplanıb və ona bağlı olanların cəzalandırılması prosesinə start veriləcəyi gözlənilir. Lakin bu həbsin fonunda ən çox narahat olanlardan biri də Gəncənin icra başçısı Elmar Vəliyevdir.

teref.az jam az-a istinadən yazır ki, daxil olan məlumata görə, Vəliyev hal hazırda ciddi narahatlıq keçirir. Həmin narahatlığa səbəb isə Vidadi Zeynalovla xalaoğlu olmasıdır. Mənbə bildirir ki, Vəliyevlərin sayəsində yüksək postlara transfer olunan Zeynalov, daha sonra yaxınlarını da vəzifə başına gətirməyə nail olub. Hətta bu gün Elmar Vəliyevin icra başçılarından ibarət komandalarında da Vidadi Zeynalovun adamları var.

Mənbə bildirir ki, Vidadi Zeynalovun Elmar Vəliyevdən icra başçısı olmaq üçün xahiş etdiyi şəxslərdən biri Bərdənin hazırkı rəhbəri Vidadi İsayevdir. Digəri isə Kürdəmirin icra başçısı Ceyhun Cəfərovdur. Redakisyamıza məlumat verən mənbə vurğulayıb ki, hər iki icra başçısının hazırkı postda əyləşməsinin xahişini Elmar Vəliyevdən məhz Zeynalov edib.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.