Paris faciəsini və Sinadakı təyyarə qəzasını Rusiya xüsusi xidmət orqanları təşkil edib iddiası - 10 dildə çıxan İnformNapalm agentliyindən sensasion iddia

18-11-2015, 15:38           
Paris faciəsini və Sinadakı təyyarə qəzasını Rusiya xüsusi xidmət orqanları təşkil edib iddiası - 10 dildə çıxan İnformNapalm agentliyindən sensasion iddia
Dünyanın 10 dilində fəaliyyət göstərən informasiya agentliyi İnformNapalm Misirdə qəzaya uğrayan A321 sərnişin təyyarəsi və Parisdə baş vermiş faicəylə bağlı sensasion məqalə ilə çıxış edib.

Avropa.info xəbər verir ki, agentliyin siyasi təhlilçisi Anna Dorn Rusiyaya məxsus təyyarənin qəzaya uğramasını və Parisdəki qanlı olayların rus xüsusi xidmət orqanları tərəfindən törədildiyini iddia edib.

Avropa.info həmin yazını heç bir şərh vermədən təqdim edir:

Airbus A321 “Koqalımavia” şirkətinin təyyarəsi ilə bağlı:

1.Terrorçuluq üçün xarakterik olmayan olduqca təmiz iz. Usta şəkildə qoyulmuş bomba taymerini tapdılar, amma partlayıcı izi tapmadılar. Bu partlayıcının izini gizlətməyə hesablanmış, yaxşı hazırlanmış hərbi-mühəndis işinə oxşayır. (düzgün quraşdırıldıqda o tamamilə və izsiz şəkildə yanır) Terrorçuların belə texniki kimyəvi incəliklərlə məşğul olmasının əsas yoxdur. Bununla yanaşı xarici kəşfiyyatlar taymerin təyyarəyə qoyulma ehtimalını Misirə gəlməmişdən öncə mətbuatda səsləndirmişdilər.

2.Misir Rusiya üçün nəzərdə tutulmuş “Mistraal” gəmilərini satın aldı, hansıları ki, Fransa Rusiyaya satmaqdan imtina etmişdi. Misirlə Rusiya arasında münasibətlərin soyuqlaşması aprel inqilabı vaxtlarından bu yana davam edir. Misir getdikcə Qərbə yönəlirdi. Ancaq bu xırda bir şeydir. Xırdalıqlardan başqa vəziyyəti Süveyş kanalının genişləməsi gərginləşdirə bilər. Supertankerlərin keçə biləcəyi kanal üçün Misirə böyük pullar lazımdır. Əgər Misir kanalı genişləndirməyə davam edərsə, Avropada neftin qiyməti birdəfəlik enəcək. Misirdəki terror isə əsas qaynağı turizm olan ölkənin gəlirlərini məhv etdi. İndi həddən çox maliyyə tələb edən layihələri necə maliyyələşdirilməli? Üstəgəl Misirdə qaz axtaran tədqiqatçılar terror qorxusundan bu ölkəni tərk edəcəklər. Beləliklə, Misir dünyanın ən böyük qaz yatağının işlənməsindən məhrum olacaq. Bu isə neft və qaz sahəsində rəqabət aparan Rusiya üçün daha bir minusdur.

3.Frans Pressin redaksiyasına anonim zəng edən İŞİD-çinin təyyarənin partladılması məsuliyyəti öz üzərinə götürməsi də həqiqətə uyğun gəlmir. Bu İŞİD-in üslubu deyil. Onlar üçün piar qorxutmağa hesablanır. Onlar təkcə bizə yox, geniş auditoriyaya oynayır. Onlar üçün avtoritet nümayiş etdirmək olduqca vacibdir.

4. Hadisənin İŞİD tərəfindən törədilməsi haqda ilk informasiyanı ortaya atan qəzet “Sunday times” idi. Qəzet Britaniya kəşfiyyatındakı adını açıqlamaq istəməyən mənbəyə istinad edirdi. Rusiya KİV-ləri bunu çox asan həzm etdi.“Sunday Times” qeyri-populyar, ikinci dərəcəli qəzetdir. Dəfələrlə antirus məqalələrlə çıxış edib. Eyni təxribatçı təbliğat Avstriya və Fransa qəzetlərində də təkrarlanır. İngilis tərəfi məlumatı təsdiq etmədi. Sensasiya gözlənilsə də, baş vermədi.

5.Rusiya hakimiyyətinin faciənin miqyasına verdiyi reaksiya isə belə deyək, müşahidəçi mövqeyindədir.

13 noyabr tarixində Parisdə baş vermiş qanlı olaylarla bağlı:

1.G20 sammitinin başlamalı olduğu zamanı politexnologiya baxımından müəyyən edək. Görən bu kimə sərfəlidir. Axtarışa başlayırsan və görürsən ki, Rusiyadan başqa heç kimə. Parisdə baş verənlər Rusiyaya imkan verir ki, Suriya münaqişəsində öz mövqeyini əsaslandıra bilsin.

2.AB-nin qaçqınlarla bağlı qarşılaşdığı vəziyyət birmənalı deyil. Parisdə baş verənlər qaçqınlara sərfəli deyil. Bundan ilk zərər görən onlar olacaq. Bu hadisə qaçqınlara statusun verilməməsinə və kütləvi şəkildə Avropadan qovulmasına səbəb olacaq.

3.Şahidlərin sözünə görə, Parisdəki qanlı olayları həyata keçirənlər ağdərili idi. Mədəni görünüşə malik idilər, girovlarla alver etməyi fikirləşmirdilər. Kalaşnikovla silahlanmış adamların əsas məqsədi bacardıqca çox adam öldürmək idi. Parisdəki konsert zalındakı olay Rusiyanın “Nord-Ost”u ilə sanki üst-üstə düşür. Beslanda baş verən hadisə də çox oxşardır. Rusiyanın isə özünü təmizə çıxarmaq üçün yarım ili qalır.

Avropaya işarə vurmaq burada lap yerinə düşür: Avropalılar, baxın görün nə qədər qurbana çevrilmiş insanınız var. Beynəlxalq ədalət adı ilə bizdən əl çəkməyinizin vaxtı deyilmi?

4.Parisə hücum edən şəxslərdən biri qışqırırdı: “Bunlar hamısı sizin prezidentiniz üzündəndir?” Bağışlayın məni, bu lap sirkə oxşadı. Bildiyim qədər, İŞİD-çilər belə hücumlar təşkil edərkən təşkil edərkən belə şey qışqırmırlar. Bu bir, ikinci məsələ. Yadıma salın görüm, Avropada əvvəllər nə vaxt özünü partladan kamikadzelərdən istifadə olunub. Rusiyada dəqiq istifadə olunub.

5.”Çarli Hebdo”ya görə, Kadırovun fransızlardan qisas almaqla bağlı səsləndirdiyi çağırışlardan çox vaxt keçmir. Kadırov hansı qisası arzu edə bilər, şəxsən məndə şübhə yaratmır.

6.Almaniyanın Bavariya əyalətində Paris bombalı çernoqoriyalı həbs edilib. Çernoqoriya KQB-nin illərlə fəaliyyət göstərdiyi köhnə Yuqoslaviyanın bir hissəsidir.

7.Təyyarə hadisəsində olduğu kimi burada da məsuliyyəti öz üzərinə İŞİD götürdü. Bu dəfə də anonim mənbə, özü də italyan mətbuatı. Yenə İŞİD-in üslubu deyil.

8.Rusiya tərəfindən Fransaya başsağlığı və kömək təklifi olduqca tez verildi. Qəribə görünür: 220 nəfər öz vətəndaşın ölür, heç kəs heç yerə qaçmır. Baş verən olaydan cəmi 40-50 dəqiqə sonra rusların fransızlara yazıqları gəldi. Bu sizin düşüncənizdə uyğunsuzluq yaratmır? Məndə yaradır. G20 sammiti öncəsi oynanılan şəxsi piara oxşayır.

Fransada baş verən terror aktından həmən sonra Rusiya Dumasının sabiq deputatı və Putinin güvəndiyi şəxs, Rusiya İctimai Palatasının üzvü Sergey Markov vəziyyətin nizama salınması ilə bağlı ekstravaqant təkliflə çıxış edib.

1.Təcili surətdə Moskvanın təhlükəsizliyini gücləndirmək lazımdır. 2.Rusiya, ABŞ, Fransa Suriyada, İraqda, Liviyada İŞİD-ə qarşı birlikdə döyüşməlidir. 3.Ukrayna üzündən Qərblə Rusiya arasında baş verən münaqişəni dərhal dayandırmaq lazımdır. Ukraynadakı Xuntanı texniki hakimiyyətlə əvəz etmək, konstitusiyanı dəyişdirmək, neonasistləri təmizləmək, təcili yeni seçkilər keçirmək lazımdır. Kiyev xuntası – ABŞ, AB və Rusiya üçün terrorçularla mübarizədə başlıca maneədir”

Beləliklə Rusiya nəinki diplomatik işarələr vurur, sanksiyaların ləğvi üçün ABŞ və AB-ə müttəfiqlik təklif edir. “Ukrayna məsələsi”ni isə Ukraynanı özünə tabe edərək həll etmək istəyir. Bunun üçün, Kreml Suriyada hərbi əməliyyat keçirmək üçün nəinki milyonlar xərcləməyə, dostluq görüntüsü yaratmaq məqsədilə hər yerdə terror aktları gerçəkləşdirməyə hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.