Lənkəran MTN rəisinin "İsmayıllı sərgüzəştləri": Bir vedrə zoğal, iki təndir çörəyi və daha nələr...
19-11-2015, 03:01
Bu gün Milli Təhlükəsizlik Nazirliyi sistemində “təmizləmə işləri” aparılır. Bu tədbirlər isə təkcə kimlərinsə vəzifəsini itirməsi, kimlərinsə həbs olunması ilə yekunlaşmır. Eyni zamanda ayrı-ayrı vətəndaşlar, orta və iri sahibkarlar bu vaxta qədər danışmağa cürət etmədikləri bir sıra məsələləri ictimailəşdirirlər. Elə bu baxımdan savash.org-un elektron ünvanına göndərilən və hazırda oxuduğunuz məqalədə də MTN rəsmisinin imza atdığı qanunsuzluqlardan bəhs olunur. Yazımızın “qəhrəman”ı isə hazırda MTN-nin Lənkəran şöbəsinin rəisi vəzifəsində çalışan Aydın Piriyevdir. O, bundan öncə MTN-nin İsmayıllı şöbəsinə rəhbərlik edib və yazıdakı hadisələr də məhz həmin dövrdə baş verib. Beləliklə, faktların təqdimatına keçək...
Bir vedrə zoğala tamah salan MTN-çi
Bu şəxslə bağlı İsmayıllı rayon Xanagah kənd sakininin Savash.org-a söylədikləri dəhşət doğurur. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Xanagah yolunun üstündə meyvə-tərəvəz satırdım. Bir gün qara rəngli “Tofaş” gəlib yanımda saxladı. Avtomobildən düşən şəxs bildirdi ki, o rayon MTN şöbəsinin rəisi Aydın Piriyevdir. Mən ona tanişlığımıza görə çox şad olduğumu bildirdim və görüşmək üçün əl uzatdım. Aydın Piriyev ona tərəf uzanmış əlimi demək olar ki, çox nəzakətsiz şəkildə iki barmağıya salamladı. Piriyev məndən soruşdu ki, mənə kim icazə verib ki, yolun qırağında məyvə-tərəvəz satıram. Mən ona başqa yerdən heç bir gəlirim olmadığını, burada meyvə-tərəvəz satmaqla əldə etdiyim qəpik-quruşla ailə uşaqlarımı dolandırdığımı bildirdim. Aydın Piriyev isə mənimlə elə danışırdı ki elə bil məni hansısa dövləti cinayət üstündə yaxalamışdı. Mən əsəbi halda ona bildirdim ki, satdıqlarım silah-sursat dəyil, şəxsi təsərrüfatımda zəhmətlə yətişdirdiyim məhsullardır. O, yəkəxana tərzdə mənə dədi ki, onu hələ bilmək olmaz ki, sən meyvə-tərəvəz satırsan yoxsa silah-narkotika. Bu mənə qarşı açıq təhdid idi. Piriyev qayıdıb avtomobilinə tərəf gədərkən sürücüsünə dedi ki, bir vedrə zoğalı maşına qoysun. Mən bildirdim ki, bunu mən zülmlə məşələrdən yığmışam: “Rəis adamsan bələ hərəkət sənə yaraşmaz, pulunu vər apar halal xoşun olsun”. Piriyev əsəbi halda maşınına əyləşdi və mənə dedi ki, sabah iki vedrə zoğalı idarəyə gətirib verməsən, buralardan zir-zibilini yığışdır. Mən həmin gün orada olan şələ-küləmi yığışdırıb evə döndüm. Çünki həmin vaxtlarda Aydın Piriyevin bıçağının dalı da qabağı da kəsirdi. Ona görə o yolunu azmışdı”.
Şor satandan şirkət rəhbərinədək
Şikayətçinin söylədiklərindən belə məlum olur ki, A.Piriyevin İsmayıllıdakı zülmü yalnız onunla məhdudlaşmayıb: “ Piriyev hər ay rayondakı bütün obyəktlərdən haqq yığırdı. Xanagah yolundakı təndirxanalardan birini bağlatdırmışdı. Sonradan oranın sahibindən haqq alaraq işləməyə icazə vərdi. Hər səhər həmin təndirxanadan Piriyevin yaşadığı ünvana iki ədəd isti təndir çörəyi göndərilirdi. Piriyevin yaxın adamı rəhmətə gədəndə rayondakı bütün irili-xırdalı sahibkarların hamısı hüzür yerində iştirak etmək ücün Gədəbəyə getmişdi. Bu hüzürdə hətta bazarda şor satanları da görmək olardı. Bütün bunlar Aydın Piriyevə olan sevgidən deyil qorxudan idi. Çünki o sahibkarlara qan uddururdu”.
Uşağın belə haqqına girib
A.Piriyevin İsmayıllıda törətdiklərindən ürək yanğısı ilə danışan şəxs cumhuriyyet.az-a başqa bir hadisə haqda da bəhs edir: “Bu adam Xanagahda yərləşən qız qalası istirahət mərkəzinə gədib, burada bir uşaq təxminən həmən dövrdə uşaq 7-ci ya 8- ci sinifdə oxuyardı. Uşaq şəxsi atı ilə orada dayanır kim istəyirsə bir iki manata ərazidə at sürür və pulunu verib gedir. Aydın Piriyev həmin uşaqdan atı alıb sürür və atı qaytaranda pulu vermək istəmir. Uşaq pulu istəyəndə ona deyir ki, həç bilirsən mən kiməm deyə ona vəsiqəsini göstərir. Uşaq ona deyir ki, gözüm aydın kimsən bir ağırlığına fikir verirsən atımın belini qırdın dəyə ondan pulunu alır”.
Pulla satılan vəzifələr
Bu gün Lənkəranda vəzifə başında oturub İsmayıllıdakı əməllərinin yaddan çıxdığını zənn edən A.Piriyev haqda danışan mənbə daha sonra cumhuriyyet.az-a bildirib: "Piriyev şər-böhtanı yaxşı bacarırdı. Adamlara torba tikməkdə mahir idi. Pula görə nəyə desən gedərdi. İdarə müdürlərinə qan uddururdu, hər bir müdür Piriyevə aylıq haqq vərirdi. Bir ara torpaq işinə də girişmişdi. Hazırda Piriyevin ısmayıllıda başqalarının adına xəyli torpağı və obyəktləri var. Rayonda kadr işlərinə də Piriyev baxırdı. Kimi işdən çıxarmaq lazımdir, kimi vəzifəyə qoymaq lazımdır, pulu özü alır bir qismini də icra başçısı Nizami Ələkbərova ötürürdü. İsmayıllıda kadr işlərinə Milli Təhlükəsizlik Nazirliyinin İsmayıllı şöbəsinin rəisi Aydın Piriyev baxırdı. Vəzifəyə yüksəlmək istəyənlər əvvəlcə bu şəxsin bığının altından keçməli idilər. Aydın Piriyev rayonda iş adamlarına qənim kəsilmişdi. Bazarda şor satandan da rüşvət yığılırdı. Rayon ərazisində yerləşən tikinti materialları satan bütün şəxslər mtn-nin şöbə rəisinə aylıq haqq verməli idilər. Mədəniyyət şöbəsində işləyən şəxs qeyd edir ki, Aydın Piriyev hər həftənin 2-ci günü rayon mədəniyyət və turuzm şöbəsinin müdirindən haqq alırdı. Sabiq bələdiyyə sədri qeyd edir ki, Aydın Piriyev şəxsən ondan bələdiyyə sədri olmaq üçün 7000 azn rüşvət alıb. Baxın dövlətin təhlükəsizliyinə nəzarət etməli olan şəxs, əslində insanlarda dövlətə qarşı ikrah hissi oyadır. Aydın Piriyev az vaxtda bahalı avtomobil, villa və sairlər əldə etdi. Yəqin belə fəaliyyətinə görə vəzifəsi böyüdülərək Lənkəran şəhərinə rəis təyin olundu".
P.S. Növbəti yazımızda isə aşağıdakı mövzulara toxunacağıq....
Aydın Piriyevin İsmayıllıdakı obyektlərinin siyahısıni və fotolar;
- Buynuz kəndindəki möhtəşəm villa;
- İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevlə mübhəm əlaqələr;
- İsmayıllı məmurunun MTN Akademiyasına qəbul etdirilən oğlu;
- Bu vaxta qədər cəzası verilməyən zorlama faktı;
- İsmayıllıda orta məktəb direktorunun "tavan"a oturdulması...