Şakir İmanovun Qarabağ kanalı üzərindəki “bazarı” – Əhmədzadənin adamı hədd tanımır… FOTO/VİDEO

7-09-2019, 08:13           
Şakir İmanovun Qarabağ kanalı üzərindəki “bazarı” – Əhmədzadənin adamı hədd tanımır… FOTO/VİDEO
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov kanalın mühafizə zolağın satışa çıxarıb…

Ağcabədidə Yuxarı Qarabağ Kanalının mühafizə zolağı satılıb. Bu barədə pia.az-a daxil olan məlumatda iddia olunur ki, şəkillərdə gördüyünüz bu restoranın inşası üçün Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov 15 min manat alıb və bu restoranın tikintisinə icazə verib.

Qeyd edək ki, Yuxarı Qarabağ kanalı su ötürmə qabiliyyətinə görə ölkənin ən böyük kanalıdır və bu kanal Aran Qarabağ və Mərkəzi Aran rayonlarının su ilə təminatında strateji əhəmiyyət daşıyır. Əsasnaməyə əsasən Yuxarı Qarabağ kanalının mühafizə zonası 50 metr təşkil edir və bu zonada hər hansı tikinti işləri aparmaq qəti qadağandır. Lakin gördüyünüz kimi Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov üçün bu qadağalar heş bir əhəmiyyət daşımır. Önəmli olan puldur…

Əldə etdiyimiz məlumata görə Yuxarı Qarabağ Kanalı üzərində onlarla belə obyekt var.

Xatırladaq ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə çox yaxın adam hesab olunur. Görünür ki, idarə rəisi də Əhmədzadəyə yaxınlığına görə heç bir hədd və qayda tanımmır…




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru