Əkinçilik İnstitutunda "xımır xımır əridilən" milyonlar - Qaranlıq tender əməliyyatlarında Cavanşir Təlainin rolu nədir?..

16-12-2019, 17:09           
Əkinçilik İnstitutunda "xımır xımır  əridilən" milyonlar - Qaranlıq tender əməliyyatlarında  Cavanşir Təlainin rolu nədir?..
Teref.az yazır ki, bu gün ölkənin ən aktual temalarından biri aqrar sahədir. Bu sahədə aparıcı qüvvə olan Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər son ayların ən aktual müzakirə olunan mövzularından biridir. Nazir İnam Kərimovun rəhbərlik etdiyi nazirliyin fəaliyyəti dövrü mətbuatda, sosial şəbəkələrdə tez-tez müzakirə obyektinə çevrilir. Prezidentin böyük investisayalar ayırdığı bu sahədə inkşaf var. Lakin bu nazirliyin tabeliyində olan bir çox qurumlar hələdə öz əski iş prinsiplərindən əl çəkməyiblər.Ölkəınin ərzaq təhlükəsizliyində mühüm rol oynayan Kənd Təsərüffatı Nazirliyin tabeçiliyində Əkinçilik İnstitutunun adı maliyyə maxinasiyaları ilə hallanır. Əslində göpzdən qulaqdan uzaq çoxda maraqlanılmayan bir sahə olan Əkinçilik İnstitutunda maraqlı hadisələr baş verir.

Cəmi 3 ildir ki yaranmış və nizamnamə kapitalı 100 manat olan “Fasad-F” MMC KTN -inin iri tenderlrini udub. Şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur.“Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.
Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, 3 ildir yaranan şirkət KTN-in iri layihələrində iştirak edir. Bu ilin oktyabr ayında KTN aqrar yönümlü peşə təhsili məktəbinin tikintisi ilə bağlı “Fasad-F” MMC-lə müqavilə bağlayıb. Müaavilənin məbləği 5 milyon 771 min 621 manat olub.
22.09.2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin və yardımçı binaların tikintisi, inzibati binanın əsaslı təmiri və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin inzibati və yardımçı binaların tikintisi üzrə elan etdiyi tenderlərin qalibi 27.11.2019-cu ildə “Fasad-F” MMC olub. Bu barədə yazan aktialninfo.org sual edir, Nazirlik “Fasad-F” MMC ilə müqavilə bağlayanda bir satınalan təşkilat olaraq tenderin şərtlərinə riayət edibmi? Ümumi dəyəri 3 milyon 321 min manat olan bu təcrübə stansiyalarının tikintisi kənd təsərrüfatının inkişafına nə kimi təkan verəcək? Bunu da yəqin mütəxəssislər bilər.
Teref.az olaraq media üstündən apardığımız araşdırmaların nəticəsi olaraq bir çox maraqlı məlumatlara rast gəldik. Redaksiyanın axtarışları zamanı aktualinfo.org saytının aşkar etdiyi daha bir qaranlıq məqama rast gəldik. Medaiada gedən və təkzib olunmayan xəbərə görə 02.12.2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tütünçülük və çəltikçiliyə aid labaratoriya avadanlıqlarının satın alınması üzrə daha bir müəmmalı müsabiqə keçirib. İnstitutun elan etdiyi müsabiqinən qalibi “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Cəmiyyət barədə apardığımız araşdırmaladan məlum oldu ki, MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb.
Teref.az yazır ki, nizamnamə Kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev olan MMC -nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. .Lakin qanuni təmsilçisi olan M.Qurbanəliyevin kimliyinə aydınlıq gətirə bildik. Teref.az aktualxeber.az-a istinadən yazır ki, öyrəndik ki, o, “Gəncə Körpü-Tikinti -2” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Qurbanəliyevin oğludur. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Ç.Qurbanəliyev olub. Sözügedən şəxsin bir çox böyük tenderlərin qalibi olması barədə də məlumatlar var.

Cavanşir Təlaini
Bəs bu, heç kimə məlum olmayan MMC ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunu birləşdirən nələrdir? Fəaliyyət dairəsi gizli olan bir MMC ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu dəyəri 37.7587.86 AZN olan bir satınalma müsabiqəsinə necə razılıq verib? “MAYBO” MMC-nin müsabiqədə iştirak edən digər şirkətlərdən üstün cəhətləri nələrdir? Elmi-Tədqiqit İnstitutu keçirilmiş müsabiqədə satınalmalar haqqında qanunun tələblərinə riayət edibmi? Görəsən 10 manatlıq nizamnamə kapitalı olan “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə və vergi hesabatları qaydasındadırmı? Bütün bunlar müsabiqənin keçirildiyi vaxt institut rəhbərliyi tərəfindən nəzərə alınıbmı?.
Əkinçilik Elmi- Tədqiqat İnstitutunin direktoru Cavanşir Təlaini şirkət rəhbəri Midhət Qurbanəliyevlə bağlayan tellər varmı?
Teref.az olaraq bu sualların cavabını araşdıraraq gələn saylarımızda cavabını tapmağa cəhd edəcəyik.
Bizi izləyin...
Teref.az olaraq adları çəkiln şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru