2019 -cu ildə verilən ərizəyə 2020-ci ildə baxılacaq - NARAZILIQ...

19-12-2019, 17:07           
2019 -cu ildə verilən ərizəyə 2020-ci ildə baxılacaq - NARAZILIQ...
"Bu günlərdə mətbuatda “Əmlak Xidmətləri Məkanı”nın ailələrin hüquqlarını pozmasından , olmayan əmlaka görə əsassız və şişirtmə ödəniş alınmasından yazı dərc olunub. Yazıda sözügedən xidmət qurumunun vətəndaşın adına əmlak olmaması haqqında arayışı 10 gün müddətində verməsi vurğulanıb . Halbuki , həmin müddət də təqvim hesabı ilə yox, 10 iş günü təşkil edir . Başqa sözlə , adi bir arayışı əmlak xidmətçiləri ən azı 20 günə verir. Hətta Qarabağ əlili , əsgər ailələrinə də hörmətsizlik edilir". Bu barədə TEREF.AZ-a verilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bunu Qarabağ əlilinin ağır xəstə oğlunun , digər Qarabağ əlilinin hərbi xidmətdə olan oğlunun mütləq xidmət məkanına gətirilməsinin vacibliyi , bu mümkün olmadıqda etibarnamə vermələri haqqındakı tələb sübut edir . Hərbi xidmət əsgərinin əmlak xidməti üçün ailə üzvünə etibarnamə verməsinin iki dəfə gedib- qayıtmaq hesabı ilə neçəyə başa gəldiyini , yəqin ki , Maliyyə Nazirliyi , Hesablama Palatası , İqtisadiyyat Nazirliyi və digər bağlantılı qurumlar hesablamaqda çətinlik çəkməz .
Eləcə də yataqda xəstə olan ailə üzvünün də notariusu dəvət edib , yataqda kiməsə etibarnamə verməsi xeyli problematikdir və xərc tələb edir. Amma bu , ƏMDK -nın əmlak xidmətçilərini ilgiləndirmir. Maraqlı və anlaşılmazdır ki , sözügedən xidmət məkanı şənbə-bazar günü də işlədiyi halda, 10 iş gününü həftədə 5 gündən hesablayır . Yəni bu gün ərizə verən vətəndaşın arayışı gələn ilin yanvarın 9 -da -20 gündən sonra ala biləcəyi bildirilir. Nə Nazirlər Kabinetinin 28-29 dekabr istirahət günlərini 3 və 6 yanvar iş günləri ilə əvəz etməsi haqqında qərarı , nə də bütün həftəni işləmələri ƏMDK xidmətçilərinin vecinə deyil . Guya ərizəni qəbul edənlərdən fərqli olaraq arayışı icra edənlər həmin günlərdə işləmirlər , yatırlar . Bu necə ola bilər ? Kompüterləri də özləri ilə aparırlar ? Sistemin yaddaşına köçən məlumatları da “yatızdırırlar”?
Adi bir arayışın 20 günə verilməsinin əlavə qanunsuz ödəniş məqsədi ilə edilməsi isə şübhə doğurmur . Aydın olsun deyə , ümumvətəndaş pasportunun , şəxsiyyət vəsiqəsinin bir günə verilməsinin rəsmi tarifinin qəbul edildiyini xatırladaq . Çox güman , məntiq(sizlik) əmlak xidmətçilərini də belə birgünlük tarifinə əl atmağa sövq etməyib , elə qeyri-rəsmi şişirtmə ödəniş ilə elə həmin gün arayış əldə etməyə üstünlük verilib . Arayışın hazır olması isə bir neçə dəqiqənin işidir . Kommunikasiya texnologiyalarının belə yüksək səviyyədə olmadığı illərdə , məsələn , 20 il qabaq “BTİİ” -dən elə həmin gün arayış verilirdi . Özü də ödənişsiz . İndi isə şişirtmə, əsassız , qanunsuz ödəniş bir yana , arayışı da 20-30 günə verirlər .

Gözləyək 2020-ci ili . ƏMDK-nın əmlak xidmətləri məkanı “yatıb-yatıb” düz 20 günün tamamında “yuxudan ayılıb” arayışı hazırlayacaq"...

Teref.az olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru