3 icra başçısının sərəncamı hazırdır - Konkret ADLAR

20-12-2019, 17:10           
3 icra başçısının sərəncamı hazırdır - Konkret ADLAR
"3 rayonun icra hakimiyyətinin başçısının sərəncamı hazırdır". Bunu DİA.AZ-a xəbər verən bilgili qaynağın iddialarına görə, yaxın vaxtlarda rəsmən dəyişikliklər baş verəcək.

Mənbə konkret olaraq kimlərin gedəcəyi barədə də müəyyən bilgilər verib.

Dia.az-a söylənilənlər: "Lənkəran, Daşkəsən və Sabirabad rayon icra hakimiyyəti başçıları vəzifələrindən alınacaq".

Qeyd edək ki, məlumatı verən qaynaq konkret olaraq bu üç icra başçısından hansının yenidən etimada layiq görüləcəyini bildirməyib.

Xatırladaq ki, dünən DTX tərəfindən Ağstafanın indiki, Yevlaxın isə köhnə icra başçısı həbs olunub. Mənbə iddia edir ki, nə həbslər duracaq, nə də dəyişikliklər...

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru