Salyanda talanan milyonlar hökuməti ayağa qaldırıb - Yoxlama

21-12-2019, 00:26           
Salyanda talanan milyonlar hökuməti ayağa qaldırıb - Yoxlama
Sevindik Hətəmovun yaxın günlərdə vəzifəsindən azad olunacağı deyilir.

Son günlər 18-də Salyan rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə maxinasiyaların olması, dövlətin milyonlarla vəsaitinin talandığı barədə məlumat dərc olunmaqdadı.

Bu barədə AzFakt.com saytında Salyan rayonunda Sevindik Hətəmovun icra başçısı olduğu dövrdə həyata keçirilən tenderlərlə bağlı araşıdrma yazı dərc olunub. Link burda (Salyanda batan milyonlar: “Sevindik ki, Sevindik gəlir”)

Həmin yazıda əsasən aztəminatlı ailələrə verilən tikinti materiallarının pullarının rayon İcra Hakimiyyəti tərəfindən mənimsənildiyi iddia edilirdi.

AzFakt.com-a daxil olan məlumata görə bu yazı mətbuatda dərc ediləndən sonra hökumətin- Nazirlər Kabinetini və Prezident Administrasiyasını hərəkətə gətirib. Belə ki, bu yazıdan sonra hökumət Salyan rayon İcra Hakimiyyətinin fəaliyyətini araşdırmaq üçün komissiya yaradıb. Hətta bu məqsədlə dekabr ayının əvvəlində Salyana Prezident Administrasiyanının bir qrup nümayəndəsinin də səfər etdiyi deyilir.

AzFakt.com-un əldə etdiyi digər məlumata görə isə Salyanda əhali arasında Sevindik Hətəmovun tezliklə işdən çıxarılacağı deyilir.

Qeyd edək ki, məsələ ilə bağlı Salyan rayon icra hakimiyyətinin mövqeyini örgənməyə çalışsaqda zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru