Novruz Məmmədovun krallıqda milyonluq mülkü aşkar edildi - Foto

23-12-2019, 17:09           
Novruz Məmmədovun krallıqda milyonluq mülkü aşkar edildi - Foto
Rusiyalı jurnalistlər İspaniya Krallığının Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər.
Teref.az xəbər verir ki, bu haqda BAKU.WS "Novaya qazeta" nəşrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.

Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.

Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.