Cəlilabadda seçki qutuları OĞURLANDI- İcra başçısının tapşırığıyla

24-12-2019, 00:07           
Cəlilabadda seçki qutuları OĞURLANDI- İcra başçısının tapşırığıyla
"Bizim 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsində səsvermə bitən zaman bəzi məntəqələrdə seçki qutuları Cəlilabad rayon icra başçısı Namiq Zeynalovun göstərişi ilə oğurlanmış və seçki dairəsinə apartdırılmışdır. Namizədlərin hüquqları pozulmuş, ən çox səs toplayanların səsləri azaldılmış, icra başçısının göstərişi ilə ən az səs toplayanların səsləri artırılmışdır."

69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsində bələdiyyə üzvülüyünə namizədlərdən bir qrupu Miq.Az saytına göndərdikləri şikayət məktubunda bu barədə bildirilir.

Şikayətçilərin sözlərinə görə, məsələnin kökündə bəzi adamlardan alınan külli miqdarda pul dayanır. Son dövrlərdə icra başçılarının həbslərinə baxmayaraq, bir çox rayonların icra başçıları köhnə əməllərini davam etdirir, cənab Prezidentlə, Vitse-prezidentlə xalq arasında uçurum yaradırlar:

"69 saylı dairədə baş verənləri də onların ayağına yazırlar. Bu məntəqələrin seçiciləri icra başçısının müdaxiləsini cənab prezidentin göstərişi kimi sayırlar. Çünkü qutuları oğurlayanlar, bələdiyyə namizədlərinə bildirdilər ki, bizə göstəriş icra başçısından, ona da yuxarılardan gəlmişdir. Xalqa dövlət arasında uçurum yaradan bu cür icra başçılarının fəaliyyəti millətdə parçalanma yaradır, iqtidarın apardığı son günlərdəki fəaliyyəti şou sayır. Əgər belə deyilsə onda bu məsələyə cənab prezident, vitse-prezident müdaxilə etməli, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin Ağdaş, Soyuqbulaq, Çünzəli və Vənlik məntəqələrində seçki nəticələrinin ləğv edilməsi haqqında göstərişinin Mərkəzi Seçki Komissiyasının göstəriş verməsinin şahidi ola bilərik"-deyə şikayət məktubunda bildirlir.

Şikayətçilər Miq.az saytına göndərdikləri məktubda ölkə başçısına da müraciət ünvanlayıblar:

"Cənab Prezident, xalqla dövlət arasında uçurum yaradan məmurların cəzalandırmasını sizdən böyük ümidlə gözləyirik."

Sonda o da qeyd olunub ki, əgər icra başçısı və seçki saxtakarlığı edənlər cəzalandırılmasalar, 9 fevralda ölkədə keçirilən növbədənkənar parlament seçiləri 4 kəndin sakinləri tərəfindən baykot ediləcək.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.