Lələ-Təpə döyüşündə əlil olan döyüşçü İlham Əliyevə müraciət etdi: "Cənab Prezident kömək edin!"

25-12-2019, 00:27           
Lələ-Təpə döyüşündə əlil olan döyüşçü İlham Əliyevə müraciət etdi: "Cənab Prezident kömək edin!"
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.

CƏNAB İLHAM ƏLİYEVƏ.

SÜRƏTİ :

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri.

Cənab Sahil Babayevə.



Azərbaycan Respublikası Daxili İşlər Naziri.

Cənab Vilayət Eyvazova.



Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi R. Abdullayev küçəsi ev 2, mənzil 5-də yaşayanAprel döyüşçüsü, 2-ci qrup hərbi əlil, ehtiyyatda olan əsgər Oruclu Mürsəl Ziyafəddin oğlu tərəfindən



Ə r i z ə



Məlumat üçün Sizə bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 04.07.2015-ci ildən 29.09.2015-ci ilədək 704 saylı hərbi hissədə, 30.09.2015-ci ildən 01.01.2017-ci ilədək 181 saylı hərbi hissədə xidmət etmişəm. 04 aprel 2016-cı ildə döyüşlərində yaralanmışam və hal-hazırda ehtiyatdayam.

2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə iştirak edmişəm.



24.08.2017-ci ildə mənə 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliktəyin edilmişdir.



Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 24.08.2017-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən pensiya alırdım.

Lakin noyabr 2019-cu ildə yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir.



Bu barədə 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə müraciət etmişəm.



Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi və mənim əliliyimin etibarlı sayılması üçün Daxili İşlər Nazirliyinin Hospitalı tərəfindən 4110003AABQW f 88 bərpa edilməsi üçün DTSERX-nə məktum göndərilməsinə və 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpaedilməsinə köməkdarlıq edəsiniz.



Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.

30.11.2019-cu il. İmza: Oruclu Mürsəl Ziyafəddin oğlu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.