"Azərişıq ASC"-dən çikayət var... FOTOFAKT

25-12-2019, 00:03           
"Azərişıq ASC"-dən çikayət var... FOTOFAKT
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Emil Abbasov Azəişığı özbaşınalıqda və fırıldaqda ittiham edir.
Emil bəyin statusunu və Azərişığın göndərdiyi işıq çekini təqdim edirik:
"Hamı agah olsun!

Görün "Azərişıq ASC" (tag etmək olmur) çox xırda və çoxunun ağlına gətirə bilmədiyi bir fəndlə insanlardan necə "müftə" pullar qazanır!

Bildiyiniz kimi, işıq enerjisi üçün aylıq (30 gün) qoyulmuş limit 300 Kvt-dır (yəni 7 qəpikdən cəmi 21 AZN) və bu limit hər dəfə onlar sizin sayğacı oxumağa gələrkən sıfırlanır.

Lakin, məsələ burasındadır ki, onlar 30 gün ərzində gəlmədikləri təqdirdə nəticə sizin ziyanınıza hesablanmış olur.

Məsələn, atamgilə gəlmiş aşağıdakı qəbzdən göründüyü kimi, əvvəlki gəliş 7 Noyabr və son gəliş 9 Dekabr tarixləri arasında 32 gün edir. Bu da o deməkdir ki, gec gəldikləri 2 gün üçün bu şəxs üçün tarif 7 qəpik əvəzinə 11 qəpikdən hesablanıb, yəni 4 qəpik artıq. Bu isə özlüyündə, təxminən aşağıdakı miqdarda ziyan olunduğumuz anlamına gəlir:

(528 / 32) * 2 * 0.04 = 1.32 AZN

Zəng vurdum Azərişıq Enerji Satışı idarəsinə, dedilər ki, araşdırıb böyük ehtimalla məbləği azaldarıq.

İndi baxın görün, hər evdən ayda orta hesabla bu cür müftə 1 AZN görün hara vurub çıxır?!"

Teref.az olaraq "Azərişıq ASC"nin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.