“Prezidentlə görüşüb, razılığını almışam” – Azər Kərimli Qax idmançıları ilə görüşdə ölkə rəhbərliyinin adını hallandırıb

23-01-2020, 09:53           
“Prezidentlə görüşüb, razılığını almışam” – Azər Kərimli Qax idmançıları ilə görüşdə ölkə rəhbərliyinin adını hallandırıb
112 saylı Qax seçki dairəsindən Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd, 2000-ci ildən Qaxın deputatı olan Azər Kərimli Yanvarın 18-də Qaxda yerləşən El Resort Hoteldə Qax idmançıları ilə görüş keçirib. Görüş zamanı Azər Kərimli son il ərzində gördüyü işlər barədə məlumat verib.

Görüşdə iştirak edən Qax sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, görüşdən sonra idmançılarla ayaqüstü söhbət zamanı ona ünvanlanan sualalra cavab verən Azər Kərimli ölkə başçısı ilə görüşdüyünü və Prezidentdən razılıq alaraq, bu dəfəki seçkilərə qatıldığını və Qaxın növbəti deputatının da məhz özü olacağını əminliklə bildirib.

Qax.org.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru