HƏQIQƏT QƏDIROVA IŞÇILƏRƏ HƏDƏ-QORXU GƏLIR. 19 XƏSTƏNIN ÖLÜMÜNƏ GÖRƏ DIREKTOR NIYƏ SUSUR?
9-02-2020, 02:45

Teref.az ictimai vəkil Samir Zeynalovun Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu barədə araşdırma yazısını təqdim edrik:
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Lakin bu siyasətə bilərəkdən zidd fəaliyyət mövqeyində qərarlaşmış qüvvələrin mövcudluğu həyəcan və narahatlıq yaradır.
Məlum olduğu kimi cari ilin yanvar ayı ərzində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ictimaiyyətə məlum olan “9” nəfər, rəsmi mənbəyə istinadən isə ümumilikdə “19” xəstə dünyasını dəyişmişdir. 2017-ci ilin fevral ayından etibarən instituta rəhbərlik edən- həkim-mikrobioloq Həqiqət Qədirova baş verən ölüm faktlarını normal hadisə kimi dəyərləndirmiş, lakin bu ölüm faktları haqqında ictimaiyyətin məlumatlanmasını təmin edən məni “yaramaz” adlandırmışdır. Öz sözlərinə və əməllərinə cavabdeh olmağa qabil ola bilməyən qoca direktor, bundan sonra institutun əksər işçilərinə qarşı hədə-qorxu gəlmiş, institutun bağlancağı və hər kəsin işsiz qalacağı şayəsini yayaraq təşviş yaratmış, işçilər arasında mənə məlumat ötürən şəxsləri tapmağa və onları cəzalandırmağa ciddi səy göstərmişdir. Qeyd olunan faktların gedişində institutun 120 nəfərdən çox işçisi məcburiyyət qarşısında qalaraq boş kağıza imza atmış, imzaların həkk olunduğu boş kağız onların da xəbəri olmadan mənim barəmdə dövlət orqanlarına ünvanlanmış şikayətə əlavə edilmişdir. Bu isə institutun tibbi personalının etibarından sui-istifadə etmək və onları aşağılamaq deməkdir. Birmənalı olaraq qeyd etmək mümkündür ki, Həqiqət Qədirova işini itirməkdən ehtiyat edən əksər işçilərə qarşı mənəvi terror tətbiq edir. Bu işdə ona dəstək verən, ona yaranmağa çalışan şəxslər də var. Onlardan biri İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının müdiri Nuriyyə Səlimova, digər isə Konsultativ Poliklinika Şöbəsinin müdiri Nailə Mahmudovadır.
Kliniki Diaqnostika Laboratoriyasının müdiri Nuriyyə Səlimova uzun müddətdir ki, şöbə daxilində narazılıq və ciddi gərginlik atmosferi formalaşdırıb. Tam məsuliyyətlə deyə bilərəm ki, işçilər xanım Səlimovanın şöbə daxili idarəçilik və rəhbərlik fəaliyyətindən beziblər. Özünü şəffaf, vicdanlı və məsuliyyəti tibb mütəxəssisi adlandıran Nuriyyə Səlimova institututda çəkiliş olduğunu eşidən zaman qapını bağlayaraq, kamera qarşısına çıxmaqdan yayınır. Əvvələr tibbi protokollara zidd olaraq ağciyər xəstəliklərinin diaqnostikasına dair qanın PZR ( Polimerza Zəncirvari Reaksiya. Molekulyar-genetik üsul) yolla müayinəsini həyata keçirən xanım Səlimova, artıq nədənsə bunu etmir. Öz yarıtmaz işində direktor Həqiqət Qədirovanın qərəzli, qanunsuz və gərginlik yaradan səmərəsiz fəaliyyət məziyyətinə arxalanan Nuriyyə Səlimova, özünü bu minvalla ifşa etməkdə davam edir. Onun bezdirici əməlləri haqqında dəfələrlə institut rəhbərliyinə şikayətlər edilsə də, bu barədə intizam qaydasında tədbir görülməyib. Bu isə rəhbərliyin maraqları baxımından təəccüblü görsənmir.
Konsultativ Poliklinika Şöbəsinin müdiri Nailə Mahmudova direktor Həqiqət Qədirovanın qeyri-rəsmi olaraq müavini, institutun ikinci şəxsi sifətində özünü ifadə edir. Belə ki, Həqiqət Qədirova baş həkim İman Rzayevə vermədiyi səlahiyyətləri qeyri-rəsmi olaraq Nailə Mahmudovaya verib. Nailə Mahmudovanın rəhbərlik etdiyi şöbənin qarşısında isə hər gün insanlar saatlarla növbə gözləyirlər. Bir pəncərəyə malik qəbul şöbəsinin, gigyenik-sanitar şəraitin, eləcə də tibbi xidmətin keyfiyyəti sözlə ifadə edilməyəcək dərəcədə bərbad və arzuedilməzdir.
Karona virusla mübarizəyə hazır olduqlarını deyən Nailə Mahmudova, sanki yanvar ayı ərzində 19 nəfərin öldüyü xəstəxananın əməkdaşı deyil...
Gerçəkləşən ölüm faktlarını normal hadisə kimi qəbul edən direktor Həqiqət Qədirova, laboratoriya müdiri Nuriyyə Səlimova və Nailə Mahmudova, görəsən nədən narahatdırlar və onlara kim ixtiyar verib ki, institutuda qorxu ab-havası yaratsınlar?!
Ölüm faktlarını normal hadisə kimi qəbul etmək gərəkdirsə, o zaman bu faktları gizlətmək və mətbuata açıqlama verməmək, eləcə də ictimaiyyətə yekun izahat verməmək zərurəti nədən irəli gəlir?!
Vaxtilə 11 yaşlı Əliyev Emin Sabit oğlunun vəfatına görə uşaq vərəmi şöbəsinin müdiri Məmmədova Səbinə Firidun qızını (Sabina Mamedova) şöbə müdirliyindən azad edən və ona şiddətli töhmət verən Həqiqət Qədirova, yanvar ayı ərzində gerçəkləşən 19 ölüm hadisəsini normal hadisə kimi qəbul edərək, heç kimi təqsirkar bilməyib. Bu da onun qeyri-obyektiv və qərəzli biri olduğunu deməyə ciddi əsas verir. Şübhəsiz ki, 19 xəstənin ölüm faktı ilə bağlı günahkar olan yeganə şəxs Həqiqət Qədirovadır. Çünki onun sayəsində artıq 2 ildir ki, institutunda həkim-reanimatoloq çalışmır. İnstitutun yeganə həkim-reanimatoloqu Fikrət həkim isə ürək əməliyyatı keçirdiyindən əmək qabiliyyətini müvəqqəti olaraq itirib və məcburi olaraq məzuniyyətdədir. Lakin ara-sıra o, da işə çıxmağa məcbur edilir. Göründüyü kimi direktor Həqiqət Qədirova və ona arxalanan şəxslər özbaşınalığa yol verməkdə sərhəd tanımırlar. Xanım Qədirova və onun ətrafı elə zənn edir ki, onların uzun müddəti əhatə edən qanunsuz və qərəzli əməlləri öz sabitliyini qoruyub saxlayacaq. Şübhəsiz ki, belə davam etməyəcək. Hər kəs qanuna zidd əməlinə və yarıtmaz fəaliyyətinə görə qanun qarşısında cavab verəcək.
İctimai Vəkil Samir Zeynalov.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) tədbir görün.
Teref.az olaraq adları çəklənşəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
https://www.facebook.com/samir.zeynalov.319/posts/2557548951186682?__tn__=K-R

