Cəlilabad RTŞ-nın müdiri müəllimlərin vəsiqələrini yığıb məntəqələrə göndərdi

9-02-2020, 16:57           
Cəlilabad RTŞ-nın müdiri müəllimlərin vəsiqələrini yığıb məntəqələrə göndərdi
67 saylı Cəlilabad şəhər seçki dairəsinin bir çox məntəqələrdə bülletenlər sayılmamış seçkilərə start verilib. Şəhər, qəsəbə və seçki dairəsinə düşən kəndlərdə məktəb müəllimlərinin şəxsiyyət vəsiqələri RTŞ-nın müdiri Qərənfil Əhmədova tərəfindən yığılaraq məntəqələrə göndərildiyi iddia olunur.

Dosye.org Xeberfakt.az-a istinadən xəbər verir ki, bundan əlavə bir çox məntəqələrdə seçki qutusuna kütləvi bülleten qutuya atılıb. Onlarla məntəqələrdə artıq “karusel” üsulu ilə saxtakarlıqlar başlayıb.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin məntəqə rəhbərlərinə yuxarıdan göstəriş verildiyi üçün, müşahidəçilərin audio və video izləmələrinə də qadağa qoyulduğu bildirilir.

Qeyd edilir ki, Cəlilabadda idarə, müəssə rəhbərləri və işçiləri deputatlığa namizəd Malik Həsənovun qutudan çxması üçün səfərbər edilib. Həmçinin təhsil müdiri müəllimləri və texniki işçiləri şəxsiyyət vəsiqələrini yığıb 20-yə yaxın məntəqədə kütləvi səs verməyə apartırıb. Gələn xəbərlərdə, müşahidəçilər və məşvərətçilərin iradına baxmayaraq proses bu qaydada davam etdirildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru