Bakıdakı Ağciyər Xəstəlikləri İnstitutunda daha iki nəfər öldü

10-02-2020, 19:59           
Bakıdakı Ağciyər Xəstəlikləri İnstitutunda daha iki nəfər öldü
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb. İnstitutdan verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib. Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb.
Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib. Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib.
O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib. 1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.
Virtualaz.org dəqiqləşdirib ki, bu ilin yanvarında Ağciyər Xəstəlikləri İnstitutuna 50-dən çox ağır xəstə gətirilib, onlardan 19-u ölüb. Ötən ilin yanvarında isə 6 xəstə ölmüşdü. Xəstə ölümlərinin səbəblərindən biri kimi xəstəxanada həkim-reanimatoloqların olmadığı göstərilir. Hansı ki, xəstəxananın baş həkimi İman Rzayev də virtualaz.org-a bu faktı təsdiqləmişdi. Lakin Rzayev son ölüm hadisəsi ilə bağlı danışmaq istəməyib. Bildirib ki, hazırda məzuniyyətdədir və baş verənləri şərh eləyə bilməz.
"Hazırda məzuniyyətdəyəm, məndən heç nə soruşmayın”-baş həkim belə deyib. Onu da xatırladaq ki, xəstəxana bu ilin yanvarından "Tibbi Ərazi Bölmələrinin İdarətetmə Birliyinin” (TƏBİB) tabeliyinə verilib. TƏBİB-dən isə deyiblər ki, vəfat etmiş hər bir xəstənin öülm səbəbləri açıqlanır. Ölümlərin qrip virusu ilə əlaqəsi yoxdur.
Qeyd edək ki, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda 21 xəstə ölüb.
criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru