“AtraBank”ın rəhbərliyi korrupsiyada ittiham olundu...

19-12-2015, 09:50           
“AtraBank”ın rəhbərliyi korrupsiyada ittiham olundu...
"Sizdən Elmixan Nəbiyevin arxasında duranların aşkar olunmasına köməklik göstərməyinizi xahiş edirik"


Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadəyə

Surəti:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına

Prezident Administrasiyasının rəhbəri, Korrupsiysya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə AR MTX-rəisi General - leytenant Mədət Quliyevə
AR Baş prokuroru Zakir Qaralova
AR Maliyyə naziri Samir Şərifova
AR Mərkəzi Bankın sədri Elman Rüstəmova

Bakı şəh. Bakıxanov qəsəbəsi Qasımov küçəsi ev 30 -da yaşayan Əliyev Nazim Sabir oğlu və Əliyeva Ofeliya Allahverdi qızı tərəfindən


MÜRACİƏT

Hörmətli Zülfüqar bəy!

“AtraBank” havadarları çox güclü olduğundan bu cür müraciətlər indiyədək yuxarıda adları çəkilən şəxslərə çatmır..

Yazıb Sizə bildiririk ki, 2014-cü il dekabrında - 2011-2012 ci illərdə “SAXTA QIZIL”larla işləyən “AtraBank” ASC-nin saxtakarlıqlarından bezib, təqiblərə məruz qalmış Hüseynov Məhəmmədəli, Hacıyev Nicat, Aydınbəyov Elşad və oğlumuz Əliyev Turan tərəfindən MTN - ə edilmiş şikayətə baxmayaraq istintaq müddətində MTN-in əməkdaşı Allahverdiyev Mehman Dəmir oğlu tərəfindən bu iş araşdırılmamış (bu işin qurbanlarından biri -Yasəmən Dəmirçinin dediyinə görə Emin Kələntərovdan 50000 (əlli min AZN), Sevda Quliyevadan 10000 (on min AZN) lombardları təşkil edən Rüfət Allahverdiyevdən isə 5000 (beş min AZN) alınaraq blomblu “SAXTA QIZIL” məmulatlarının mənbəyini aşkar etməmişlər.

“AtraBank” ASC-nin Bakı filialında SAXTA QIZIL KREDİTLƏRİ-nin ayrılmasına və verilməsinə məsuliyyət daşıyan müdir Kələntərəov Emin Sabir oğlu, lombard işini təşkil etmiş kredit mütəxəssisi Rüfət Allahverdiyev, saxta qızıl kreditləri ilə lombard işlədən Quliyeva sevda Abbas qızı, eləcə də bütün bu işlərdə onlara havadarlıq etmiş Bankın İdarə Heyətinin sədri Nəbiyev Elmixan Nəbi oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi, həmin şəxslərin cinayət işi üzrə indiyədək hətta şahid qismində dindirilməklə ifadələrinin belə alınmaması bizi çox təəccübləndirir. Köhnə kreditlərin bağlanıb, yeni “SAXTA” kreditlərin açılması araşdırılmamışdır.

“AtraBank” ASC İdarə heyətinin sədri Elmixan Nəbiyev və kredit komitəsi tərəfindən şişirdirilmiş və ya girovsuz - böyük məbləğdə pul kreditlərinin nəyə görə açıldığı da hələ müəyyən edilməmiş qalıb. 2012-ci ilin ortalarında bu işdən şübhələnən Məzahir Bağırov qızılların yoxlanılmamasının səbəbini filialın müdiri Emin Kələntərovdan soruşduqda - “Sizlik deyil - zibili də qəbul edin, mənlikdir” deyib. Bunu 2012 - ci ilin dekabrında AUDİT YOXLAMASININ sədri Şəlalə xanım və Tofiq müəllimə 7 VƏRƏQLİK izahatında yazılı surətdə bildirib.(M. Bağırov hal - hazırda Kürdəxanı təcridxanasındadır).

(Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bir neçə aydan sonra yoxlayanların ikisi də vəzifələrindən azad edilmişlər). Filialın müdiri Emin Kələntərovun 2012 - ci ilin ortalarında Elmixan Nəbiyevə “vəziyyət pisdir” deməsinə baxmayaraq -“susmaq” əmrini almışdır. (bunu Kələntərəov baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Qabil Səfərova verdiyi izahatda etiraf edir.)

Amma təəssüflər olsun ki, istintaqın özü də Elmixan Nəbiyevin dediyini edir. Bu azmış kimi “SAXTA QIZIL” kreditlərinin bağlanması üçün yeni “SAXTA” kreditlər açılmağa başlanılıb. Filial müdiri qaynanası Minayə Kərimovanın adına olan torpaq sahəsini “öz bank”ına girov qoyaraq Elmixan Nəbiyevin “xahişi ilə” Əliyev Turanın adına 80000 (səksən min AZN) kredit açılır. 20000 (iyirmi min AZN) əlavə olunaraq E.Nəbiyevin qardaşı oğlu tapdığı Yasamal rayonundakı obyekt alınır və 260000 (iki yüz altmış min AZN) kredit açılaraq T. Əliyevin dostu Nicat hacıyevin adına rəsmiləşdirilir.
10 sentyabr 2014-cü il isə, yəni bir gün sonra heç bir girov və təminat olmadan Aydınbəyov Elşadın adına 370000 (üç yüz yetmiş min AZN) kredit açılıb. Nizami rayon məhkəməsinin sorğusuna cavab olaraq bank rəhbərliyi 09 sentyabr 2014-cü il bankın xəzinəsində 32000 (otuz iki min AZN), 10 sentyabr 2014 - cü ildə isə 16000 (on altı min AZN) olduğunu yazılı surətdə məhkəməyə təqdim edib. Ən maraqlısı odur ki, artıq bu tarixlərdə oğlumuz T.Əliyev 3 ay əvvəl filialın xəzinədarı vəzifəsindən azad edilmişdir. Filial 10000 (on min AZN) dən artıq kredit verə bilmədiyini nəzərə alsaq, bu işlərə kimlərin rəhbərlik etdiyi aydın görünür. Amma nədənsə istintaq bunu araşdırmır və ya araşdırmaq istəmir. Əvəzində isə iş material şəklində 25 yanvar 2015–ci ildə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. On aya yaxın müddət keçməsinə baxmayaraq Elmixan Nəbiyev bütün bu maxinasiyalarda əsas fiqur olduğu halda hətta şahid qismində belə dindirilməmişdir.

Bakı filialının müdiri Emin Kələntərov bu işlərdə rəhbərliyin əmrlərini icra etdiyini bildirsə də onların əvəzinə isə bu qanunsuzluqdan şikayət edənlər - filialın o zaman xəzinədarı vəzifəsində çalışan oğlumuz Turan Əliyev və kredit mütəxəssisi Məzahir Bağırov AR CM 179.3.2 maddəsi ilə ittiham edilməklə səkkiz aydan artıqdır ki, tədricxanada saxlanılırlar. .
Dəhşətlisi odur ki, qısaca yazdığımız bu faktlar istintaqa da tam aydındır. Necə olur ki, bir iş üzrə həm mülki, həm də cinayət işi acılır? Onlarla məktub və teleqrammların aidiyyatlı və səlahiyyətli şəxslərə ünvanladığımıza baxmayaraq heç bir cavab verilmir və istintaq qərəzli aparılır.

Sizdən E.Nəbiyevin arxasında duranların aşkar olunmasına, əsl cavabdehlik daşıyan şəxslərin isə məsuliyyətə cəlb olunmasına, oğlumuz Turan Əliyevə qarşı bu təqiblərə son qoyulmasına və dərhal həbsdən azad edilməsinə yardım etməyinizi, yəni üzləşdiyimiz bu şərin mətbuatda işıqlandırılmasına köməklik göstərməyinizi xahiş edirik.
Ailəmiz adından SİZƏ əvvəlcədən minnətdarlığımızı bildiririk.

18.12.2015"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.