ƏMDK-nin sədrinin qohumuna qarşı rüşvət ittihamı!

21-12-2015, 12:55           
ƏMDK-nin sədrinin qohumuna qarşı rüşvət ittihamı!
Abşeronda fərdi yaşayış evi üçün Çıxarış almaq istəyən vətəndaşdan 1000 manat tələb ediblər

Redaksiyamıza Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində rüşvət qalmaqalı ilə bağlı məlumat daxil olub. Srağagün (16 dekabrda) Nəbiyev Elşad Füzuli oğlunun etibarnaməsi ilə yaxın bir tanışı Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış sahəsinə Çıxarış alarkən problemlə qarşılaşıb. Ona guya sənədlərində hansısa qüsurlara "göz yumulduğu” deyilib və qarışılığında 1000 manat "şirinlik” tələb olunub...

Bu haqda hadisədən məlumatlı şəxs danışıb. Məlumata görə Elşad Nəbiyevin yaxın tanışı da tək olmayıb. Prosesdə idarənin Babaşah adlı əməkdaşının da adı hallansa da, "şirinliy”i idarənin Nurlan adlı əməkdaşının istədiyi deyilir. Daha doğrusu, əvvəlcə idarənin rəisi Alıcı müəllimin 1000 mantı şəxsən tələb etdiyi bildirilir. Sonra isə Nurlan məsələyə qarışıb. Həm də şəxsən idarənin rəisinin adından. Təxminən belə: "bu işə görə rəisə 1000 manat vacib vermək lazımdır”. Qarşı tərəfin etirazından sonra Nurlan "heç olmasa 700 verin” deyib.

Qarşı tərəf isə qəbul etmədikləri bu tələblə bağlı həmən andaca komitə rəhbərliyinə şikayət ediblər. Bundan sonra rəhbərlikdən nümayəndə gəlib və adı hallanan idarə əməkdaşlarının izahatı alınıb.

Qeyd edək ki, Nurlan ƏMDK-nin sədrinin qohumu olduğu bildirilir. Elə bu qohumluğun sayəsində də Cəlilabadda kənd bələdiyyəsinin sədrliyindən əmlak sisteminə keçə bilib. Həm də özəl səlahiyyətlərlə...

Dünən və bu gün yazıda adları hallanan şəxslərlə əlaqə yaradıb, onları da dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz qalmaqdadır. Bu səbəbdən də hadisə ilə bağlı əldə etdiyimiz məlumatlardan geniş yaza bilmirik.
Mövzu diqqətimizdədir...xəbərinfo.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.