“Eldar Mahmudovun həbsinə mane olan kimdir?”

22-12-2015, 16:06           
“Eldar Mahmudovun həbsinə mane olan kimdir?”
Tanınmış hüquqşünas Əyyub Kərimov Moderator.az-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovun hələ də həbs edilməməsinin səbəbləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Ə.Kərimovun sözlərinə görə, tabeçiliyindəki şəxslərin bir çoxunun ağır cinayət əməllərində ittiham edilərək həbs edildiyi bir zamanda E.Mahmudovun tamamilə məsuliyyətdən kənarda qalması anlaşılan deyil:
“Bu gün cəmiyyətdə ən çox maraq doğuran məsələlərdən biri sabiq nazir E.Mahmudovun hələ də məsuliyyətə cəlb edilməməsi ilə bağlıdır. Bu gün hər kəsi düşündürən başlıca məsələlərdən biri “Eldar Mahmudov niyə həbs edilmir” sualıdır. Ancaq mən hesab edirəm ki, bizim indiki halda düşünməli olduğumuz məsələ “Eldar Mahmudovun həbsinə mane olan kimdir” sualı olmalıdır. Bu gün ən önəmli sual məhz budur. Çünki E.Mahmudovun əməllərində heç nə olmasa da səhlənkarlıq olub. Ağır cinayətlərdə ittiham edilən onlarla şəxsin hamsı məhz onun rəhbərliyi altında çalışan şəxslərdir. Bu isə o deməkdir ki, E.Mahmudovun ən azından bu məsələdə məsuliyyət payı var. Onun hələ də həbs edilməməsi isə kiminsə onu himayə etməsindən, bu həbsə mane olmasından xəbər verir. İctimaiyyət məhz həmin şəxsin kimliyinin aşkarlanması məsələsinə diqqət yetirməli, ilk növbədə bu məsələni diqqətdə saxlamalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.