Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qaynı ölkəni niyə tərk edib?
22-12-2015, 16:39
Kim bilir, bəlkə də, həbs olunmamaq üçün ölkədən qaçan Babək Tağıyev xaricdə Qurbanovun gizli biznesini idarə edir…
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla bağlı saytımızda vaxtaşırı olaraq yazılar dərc olunur. Qafqaznews.az xəbər verir ki, öz neqativ əməlləri ilə gündəmdən düşməyən bu məmur barəsində yeni məlumatlar da ortaya çıxıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qaynı – polis mayoru rütbəsi ilə baş əməliyyat müvəkkili vəzifəsində çalışan Babək Tağıyev yeznəsi Qüdrət Qurbanovdan xahiş edir ki, onu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “otkat” əməliyyatına qoşsun. Qüdrət Qurbanov da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyevlə yaxın münasibətdə olduğu üçün oz qaynı Babək Tağıyevin xahişini edir. Beləliklə Babək Tağıyev ona yaxın olan şirkətlər vasitəsi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “otkat” əməliyyatına qoşulur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Fəhlə prospektində yerləşən anbarına hər ay bir neçə şirkət tərəfindən qida məhsulu qəbul olunur ki, QSC-nin gəmiləri qida məhsulları ilə təmin olunsun. Bir qurumun ucuz məhsulu baha qiymətə alması və bu məbləğin müəyyən şəxslər arasında maliyyə maxinasiyası ilə bölüşdürülməsinə “otkat” əməliyyatı deyirlər. Bu cür “otkat” əməliyyatına qoşulanlardan biri də Qüdrət Qurbanovun qaynı Babək Tağıyev olur. Bu şəxs Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışmağına baxmayaraq, əlavə gəlir əldə etmək istəyir. O, yeznəsinin administrasiya rəhbəri olduğundan istifadə edərək, onu məcbur edir ki, onun yaxın dostlarına məxsus şirkətləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qida məhsullarının qəbul olunduğu “otkat” əməliyyatnına qoşsun. Demək olar ki, bu məsələ həll olunur və Qurbanovun qaynı bu işlərdən yaxşı gəlir əldə edir. Lakin bu işə birlikdə qoşulduğu şirkət rəhbərləri ilə pul bölgüsündə narazılıq yaranır.
Şirkətlərdən birinin sahibi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “otkat” əməliyyatı ilə bağlı məlumatı mətbuata ötürüldüyünü Babək Tağıyevə bildirir. Babək də təşvişə düşərək, bu problemi Qüdrət Qurbanova bildirir. Yeznə-qayın belə bir qərara qəlirlər ki, Babək Tağıyev təcili olaraq DİO-dan təqaüdə çıxaraq, ölkəni tez bir zamanda tərk etsin. Elə o vaxtdane, Qüdrət Qurbanovun qaynı ölkəni tərk edərək Avropada məskunlaşıb. Bu məlumat gec də olsa üzə çıxıb. Üstündən uzun bir vaxt keçməsinə baxmayaraq, Qüdrət Qurbanovun bu və ya başqa qohumu ilə daha çox maliyyə əməliyyatlarını həyata keçirməsi şübhə doğurmur. Kim bilir, bəlkə də, həbs olunmamaq üçün ölkədən qaçan Babək Tağıyev xaricdə Qurbanovun gizli biznesini idarə edir? Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, “otkat” əməliyyatında ucuz məhsulların baha qiymətlə dövlətə satılması təmin olunur. Məsələn, 1 manatlıq qida məhsulu üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə 3 manat pul keçirir və hansı şirkətin hesabına pul keçirilirsə, həmin şirkət tərəfindən Qüdrət Qurbanovun yaxın adamına həmin pulun böyük bir hissəsi qaytarılır.
Bu cür “otkat” əməliyyatları miliyonları aşıb-keçib. Qüdrət Qurbanov Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi vəzifəsinə təyin olunandan, sonra bütün bu işlər onun qaynı Babək Tağıyevə verilib. Ancaq sonradan, o, öz yaxın dostları tərəfindən satıldığı üçün ölkəni təcili olaraq tərk edib və artıq 1 ildir ölkə hüdudlarından kənarda yaşayır. Oxucuda belə bir sual yarana bilər ki, bu şəxs Cinayət -axtarış şöbəsinin baş əməliyyat müvəkkili olaraq, dostları tərəfindən ona qarşı bu cür hadisənin baş verməsinin qarşısını niyə ala bilməyib? Bizə məlum olub ki, Babək Tağıyev əməliyyat sahəsinə təsadüfən gəlib çıxan polis işçilərindən olub. O, uzun illər polis orqanlarında Muhafizə polisində xidmət edib. Və sonradan təsadüfən əməliyyat aparatına təyinat alıb.
Araşdırmamız davam edir, bizi izləyin.