Cəlilabadda şagirdlərdən "qan pulu" yığılır

24-12-2015, 10:51           
Cəlilabadda şagirdlərdən "qan pulu" yığılır
Vertikal.az-a daxil olan məlumatda deyilir ki, Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbdə bu biabırçılıqda oldu. Şagirdlərə şəxsiyyət vəsiqəsi vermək üçün onlardan qan analızı üçün 2 manat pul tələb edirlər. 7 və 8 -ci sinif şagirdlərinə də deyilib ki qan pulu gətirsinlər və bu məcburidir. Şagirdlərin sözünə görə pul yığımı məktəbin tərbiyəvi işlər üzrə müavini Anar Sadıxov tərəfindən həyata keçirilir . Baxmayaraq ki Azərbaycan respublikasının qanunvericiliyində 16 yaşına çatmayan şəxslər şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumundan azaddırlar amma Göytəpə 1 saylı tam orta məktəbin tərbiyəvi işlər üzrə müavini Anar Sadıxov bu qanunları tanımır və öz qanununa uyğun şagirdlərdən "qan pulu " yığır. Qeyd edək ki , bu Anar Sadıxovun ilk qanunsuz işi deyil və bir neçə ay bundan qabaq "Təhsil İşçiləri və Həmkara Dəstək " kitabının kserokopiyasını çıxararaq müəllim yoldaşlarına satmışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru