"Avromed"-ə dövlətin qanunları "vız gəlir"...
24-12-2015, 10:53
Taarif Şurasının açıqladığı dərman qiymətlərinə rəğmən, hələ də Bakıda fəaliyyət göstərən apteklərdə özbaşınalıqlar hökm sürür. Bakı şəhər sakini Əziz Tağıyevin FaktXəbər-ə etdiyi şikayətə görə, dünən və bu gün "Avromed" apteklər şəbəkəsinin Bakıda fəaliyyət göstərən apteklərinin bir neçəsindən "Rileys-Plyus" adlı dərman istəyib. Taarif Şurasının dərmanlar siyahısında bu dərmanın pərakəndə satış qiyməti 5.18 qəpik olmasına baxmayaraq, sözügedən şirkətin aptekləri həmin dərmanları 7.38 AZN-ə satırlar və bildirirlər ki, dərmanların qiyməti onlayn rejimdə onlara göndərilir.
Sözügedən şikayətlə bağlı FaktXəbər olaraq bizdə İqtisadi İnkuşaf Nazirliyinin 195-2 qaynar xətti ilə əlaqə saxladıq və dəqiqləşdirmə aparmaq istədik. Nazirlikdən bildirdilər ki, sözügedən aptek şəbəkəsi və digər apteklərlə bağlı bu gün artıq yüzlərlə şikayət zəngləri olub və Taarif Şurasının qərarından kənara çıxaraq süni şəkildə qiymət artıran bütün apteklər sərt şəkildə cəzalandırılacaqlar.
Məsələni dəqiqləşdirmək üçün biz də "Avromed" şirkəti ilə əlaqə saxladıq və sözügedən dərmanın qiymətindəki 2.20 AZN-lik fərqi sual etdik. Şirkətdən bildirdilər ki, bizə dərmanı Taarif Şurasının qoyduğu qiymətə satmaq sərf etmir.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də süni şəkildə qiymət artıranların cəzalandırılacağını deyib.