Azərbaycan Texnologiya Universitetilə bağlı nazirə suallar ünvanlandı... - "Süleymanovçuların bu “müştəri yönümlü” fəaliyyəti doğrudanmı Sizin ideyanızdır"
25-12-2015, 10:57
Redaksiyamıza “Azərbaycan Texnologiya Universitetində kadr “qıtlığının” aradan qaldırılması “yolları” və “vətənpərvərlik”” başlıqlı daha çox ovqat-təəssürat xarakterli və həm də ittihamların yer aldığı bir məqalə göndərilib. DİA.AZ Fərid Qurbanovun adından göndərilən həmin məqaləni təqdim edir:
““Həftə içi” qəzetinin veb səhifəsi olan “hafta.az” saytında Vüsal Turalbəylinin “Ərdoğan Türkmənistan prezidentini inandıra bildi” adlı araşdırmasını oxuyarkən nədənsə Azərbaycan Texnologiya Universitetindəki “kadr qıtlığı” yadıma düşdü. Səbəbini anlatmaq üçün həmin araşdırmadan bir hissəni xatırlatmaq istədim: “Berdımuhammədovun son qərarı ilə məhz Ərdoğanın istəyi üzrə ölkəsində fəaliyyət göstərən Gülən məktəbləri bağlanıb. Məlumata əsasən, prezidentin təlimatı ilə bir andaca 5 Gülən məktəbinin fəaliyyətinə xitam verilib. Müəllimlər işdən çıxarılıb, yerlərinə türkmən mənşəli yerli müəllimlər təyin edilib və məktəblər Təhsil Nazirliyinin balansına keçirilib. Bununla da camaatın Türkmənistandakı gəlir mənbələri qapadılıb...
Hər bir ölkədəki Gülən məktəbinə müəllimlərin bir hissəsi Türkiyədən gətirilir, qalanları isə sonradan bu təhsil sisteminin yetirməsi olan məzunları işə götürməklə həll edirlər.
Qazaxıstanda, Azərbaycanda, Qanada, Seneqalda və sair rəsmi Ankaranın xahişi ilə Gülən məktəbləri “bağlanıb”.Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, ABŞ (Virciniya ştatında) və Azərbaycanda universitetlər fəaliyyət göstərir.”
Ona görə Texnologiya Universiteti yadıma düşdüki, kadr məsələsində bu universitetin yeni “sahibi” Şamil Süleymanov“kadr qıtlığı” ilə üzləşib.Əgər belə olmasaydı, heç Şamil Süleymanov elmi dərəcə ilə elmi adın fərqini bilməyən birisinə universitetin elmini həvalə edərdimi? Ali təhsil haqqında AR Təhsil Nazirliyi tərəfindən tanınmış diplomu olmayan birisini “İnsan resursları” şöbəsinə rəis təyin edib ali təhsilli mütəxəssislərin attestasiyasını ona həvalə edərdimi? KİV-dəki işindən qovalanmış birisini universitetin mətbuat xidmətinin rəhbəri təyin edərdimi? ADAU-dan qovalanmış (səbəbini müvafiq orqanlar ADAU-nun rəhbərliyindən sorğu edə bilər) birisini tədris şöbəsinə müdir təyin edərdimi? Elmi dərəcəsi və elmi adı olmayanları fakultə dekani təyin edərdimi və s.? Əlbəttəki “yox”. Ancaq neyləsinki, Qafqaz Universiteti nisbətən “gənc” universitet olduğu üçün onun məzunları arasında elmi dərəcəsi və elmi adı olanlar, İndoneziyada, Malaziyada və s. ölkələrdə (doğrudanmı bu ölkələrdə elm-təhsil Azərbaycandan öndədir?) xarici “təcrübəyə” malik “abi”-lər, çağ öyrətim liseylərində “abi” işləmiş kadrlar azdır.
Azərbaycan Texnologiya Universitetində olan çoxsaylı professor-müəllim heyəti(11nəfər elmlər doktoru, professor və 80nəfərdən artıq fəlsəfə doktoru,dosent) isə Şamil Süleymanovun “standartlarına” uyğun gəlmir.
Məqalədə qeyd edilən prinsiplərdən birinin (Gülən məktəbinə müəllimlərin bir hissəsi Türkiyədən gətirilir) Texnologiya Universitetində həyata keçirilməsinə artıq start verilmişdir. Beləki, tədris işləri üzrə (başqa….. işləri üzrə sonrakı yazılarımızda oxuyacaqsınız) prorektor Vüqar İsmayılovun fəxrlə dediyinə görə Türkiyədən “müəllim” gətirilməsi üçün danışıqlar aparılır”.
Daha sonar dia.az-a daxil olan məqalədə deyilir: “Bəs “qıtlığın” qalan hissəsinin aradan qaldırılması üçün Şamil bəyə nə təklif edərdik?
Fəaliyyətinə xitam verilmiş 5 Türkmənistan məktəbindən işdən çıxarılmış (təxmini 150 nəfər) “abi”-ni Azərbaycan Texnologiya Universitetinə işə dəvət etməklə kollektivi tam “komplektləşdirmək” olar. Yəqinki bu türkmənistanlı “abi”-lərdə Şamil Süleymanov, Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axunox, Nofəl Salmanov, Azər Hüseyn, Nicat Nəsirli və digər “azərbaycanlı” abilər kimi “vətənpərvər”-lərdir.Yəqinki bu “abi”-lərdə 2500-3500 manat(olmasın Türkmənistan manatı, olsun Azərbaycan manatı) maaş müqabilində Gəncəyə gəlib Azərbaycan Texnologiya Universitetində “işləməyə” etiraz etməzlər.
İnanırıq ki, Şamil Süleymanovun dostları bir-birlərini universitet kollektivinə vətənpərvər kimi təqdim etdikləri kimi, türkmənistanlı abilərinidə vətənpərvər kimi reklam edə biləcəklər.
Vüqar İsmayılov hər yerdə fəxrlə deyir: ”Cənab nazirimiz Mikayıl Cabbarov məni yanına çağırıb dediki, səni Texnologiya Universitetinə tədris işləri üzrə prorektor göndərsəm gedərsənmi? Məndə cavab verdim ki, cənab nazir hara göndərsəniz gedərəm. Nazir kövrəldi, gözünün yaşını silərək məni qucaqlayıb alnımdan öpdü”. Onun dostları isə reklam edirlərki, Vüqar müəllim Bakıda villasını,5000manat maaşını qoyub bura “vətənpərvər” kimi gəlib. Vüqar müəllimdə öz növbəsində Səbuhi Yusifovu reklam edərək deyirki, Səbuhi müəllim Qafqaz Universitetində 4000 manat maaşını, 3 otaqlı mənzilini, üç gül balasının bahalı məktəbini buraxıb Gəncəyə “vətənpərvər” kimi gəlib. Belə çıxışlar artıq o qədər “çeynənib” ki, artıq tələbələrdə bilirki, Vüqar müəllimlə Səbuhi Müəllim ayda 500 manat ev kirayəsi ödəyir.
Vətənpərvərlik dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək deyil. Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərliyin əsas meyarlarından biridə təmənnasızliqdır.
Şamil Süleymanov, Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov, Nofəl Salmanov, Hüseyn Azər və bu komandanın digər üzvlərinin fikrinə görə isə “vətənpərvərlik” Qafqaz Universitetində yüksək maaşını (doğrudanmı QU-də elmi dərəcəsi və elmi adı olmayan baş müəllimlər 5000 manat aylıq məvacib alır?)qoyub Gəncəyə, 3500 maat maaşa gəlmək, xidməti avtomobildə gəzmək, Universitetin “başında dəlləklik” öyrənmək, universitet büdcəsini saga-sola dağıtmaq əsil “vətənpərvərlik”-dir.
“Hörmətli” süleymanovçular əsil vətənpərvərlik sizin meyarlarınızla ölçülmür. Əsil vətənpərvərlər sizdən 10 dəfə, sizin katibənizdən və sürücünüzdən isə ən azı 1,5dəfə az əmək haqqı alaraq uzun illərdirki Universitetdə çalışan professorlar, dosentlər, müəllimlər və texniki heyətdir”.
Dia.az-a daxil olan məqalənin sonunda müəllif vurğulayır: “Sonda üzümüzü Təhsil Naziri cənab Mikayıl Cabbarova tutaraq deyirik:
Cənab nazir!
1.Süleymanovçuların bu “müştəri yönümlü” fəaliyyəti doğrudanmı Sizin ideyanızdır?
2. Doğrudanmı Ulu Öndərimizin gərgin əməyi sayəsində ərsəyə gəlmiş Azərbaycan Texnologiya Universitetinin taleyinə bu qədər biganəsiniz?
3.Universiteti və kollektivi süquta uğrdan bu fəaliyyətin məhsuluyyəti kimin üzərindədir?”
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
teref.az