Mahmudovun qohumları Azərbaycandan qaçıb? - İDDİA

25-12-2015, 11:21           
Mahmudovun qohumları Azərbaycandan qaçıb? - İDDİA
Keçmiş MTN şefinin yaxın qohumlarından bir neçəsi qiymətli məlumatlarla ölkəni tərk edib, hüquq-mühafizə orqanları onların tutulması istiqamətində ciddi səylər göstərir.

Dia.az xəbər verir ki, bu haqda “Azadlıq” qəzeti məlumat yayıb. Məlumatlarda bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarından bir neçəsi Azərbaycanı tərk edə bilib. Onlarda hakimiyyət üçün arzuolunmaz məlumatların, sənədlərin olduğu güman edilir. Bildirilir ki, onlar əvvəlcə Danimarkanın paytaxtı Kopenhagendə yerləşiblər. Hakimiyyət bu şəxslərin tutulması istiqamətində ciddi səy göstərdiyinə görə onların Danimarkadan Niderlanda keçdiyi barədə məlumatlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru