Sumqayıtda "qocu"- lar peyda olub - Bütün sənədləri qaydasında olan sahibkara məmurlar “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirlər
25-12-2015, 11:54
teref.aznun poçtuna Sumqayıtda sahibkarın başına açılan oyunlar barədə şikayət məktubu daxil olub. Şikayətçi yazır:
"Hörmətli redaksiya , xahiş edirəm mənim şikayətimi mətbu orqanınızda dərc edərək ictimailəşdirəsiniz. Mən , 2004-cu ildən Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, mənə məxsus özəl ticarət (aptek)obyektində dərmanların parakəndə satişı ilə məşgulam.Həmin obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı)tərəfindən 16 dekabr 2014-ci ildə torpaq ayrılmış və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncami ilə tikintiyə icazə verilmişdir.Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınmışdır.Bir necə gun bundan əvvəl Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlI şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi.Mən isə sənədləri təqdim etdim.Sonrakı ğunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər.Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməidir” dedilər.Mən onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt neçə sökülə bilər?” sualını unvanladıqda isə yenə eyni cavabı verdilər ki,şifahi göstəriş var,bəs sökulməlidir .Mən hörmətli prezident İlham Əliyevə, Sumqayıt şəhəri icra hamiyyətinin başcısı Z.Fərəcova məktubla (poct vasitsilə) muraciət etmişəm.Hal-hazırda obyekti bağlayıb gözləyirəm. Qeyd edim ki,mənim dərman depolarına kulli miqdarda borcum var.Mənə ultimatum verən adını bilmədiyim şəxslər “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirler.Mən huquqi dövlətdə yaşayıram.Mənim sahibkar və adi vətəndaş kimi Konstitusiya ilə təsbit olunmuş huquqlarim var.Kimsə mənim əmlakımi başIma ucura bilərmi? Əgər sökulməsinə vacibiyyət yaranibsa bunu qanunauyğun şəkildə etmək olmazmi?Mən hörmətli prezident cənab İlham Əliyevə muraciət edirəm.Sizin sahibkarlara dəstək barədə son cıxışlarıniz bizi cox sevindirmişdi.Bu gun də inanıram ki,mənim muraciətimi qəbul edəcək və mənim əmlak huququmun pozulmasina imkan verməyəcəksiniz.
Hörmətlə, İlham Əbdilov "
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az