İran oliqarxının şübhəli Azərbaycan biznesi – ARAŞDIRMA
25-12-2015, 13:45
Azərbaycanda məmurların bizneslə məşğul olması qanunvericiliklə qadağan olması hər kəsə məlumdur. Elə bu səbəbdən də məmurların bir çoxu öz bizneslərini başqa şəxslərin adına rəsmiləşdirir. Bəzən bu onların qohumları, yaxınları olur, bəzən tamamilə yad bir şəxs, bəzən isə hər ikisi. Biz o şəsxlərə “proxy” deyirik – məmurların biznesini idarə edən üçüncü şəxslər. Ölkədə çox tanınmış və böyük biznes şəbəkəsinə malik iş adam larından biridə Əhədpur Xangah Mənuçehrdir. Mançehrin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesini idarə etməsi ilə bağlı Vikileaks saytında və bir sıra beynəlxalq media orqanlarına yazılmış məqalələr və iddialar var Bizdı bu gün bu iddialarla bağlı faktları araşdırmaq qərarına gəldik. Həqiqətənmi Manuçehr Əhədpur Kəmaləddin Heydərovun gizli iş ortağıdır? Bu və ya digər suallar barədə aşağıda daha ətraflı….
Lap əvvəldən başlasaq, dostlarının anlatdığına görə, ilk dəfə 1990-cı illərin əvvəllərində Bakıya gələn kiçik sahibkar Əhədpur Kəmaləddin Heydərovla tanış olur. Əvvəlcə ondan Azərbaycanda biznesinin qurulması üçün yardım istəyən Əhədpurla Heydərov münasibətləri tez bir zamanda möhkəmlənir və ikincinin təklifi ilə bu, ortaq biznesə çevrilir. Hazırda Əhədpur imperiyasını həm də ailə biznesi adlandırmaq olar. Çünki bu çoxşaxəli biznes imperiyasına Əhədpurun ailə üzvləri ilə yanaşı, Heydərovun keçmiş qudası Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin də payı olması ilə bağlı iddialar var.
Deyilənə görə bu imperiyanın ən güclənən dövrü isə Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr işlədiyi dövr olub.