Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür

25-12-2015, 23:21           

“Fresco” supermarketlər şəbəkəsində durum ürəkaçan deyil. Lakin bunun səbəbi devalvasiya yox, rəhbərlikdir.

AFN.az xəbər verir ki, təxminən son bir ildə şəbəkənin işi əməlli-başlı geriləyib. Səbəbi isə rəhbərliyə yeni gətirilən Kamran Eyyubovun iş prinsipləridir. Belə ki, saytımıza daxil olan məlumata görə, K.Eyyubov gələr-gəlməz ilk işi işçiləri ixtisar etmək, qalanların mükafatlarını kəsmək, firmaların borclarını ödəməmək olub: “Vəziyyəti o həddə çatdırdı ki, hər mağazada çox az sayda işçi qaldı və nəticədə bir adam bir neçə işçinin işini görməli oldu. Bu zaman isə aqressiya, alıcılarla münasibətlərdə kobudluq artmağa başladı. Dəfələrlə marketin nüfuzuna xələl gətirən hadisələr baş verib, müştərilər mətbuatda, sosial şəbəkələrdə şikayət ediblər”.
O da bildirilir ki, K.Eyyubovun gəlişindən sonra firmaların pulu ödənməyib. Bu isə sonda bəzi firmaların marketlə əməkdaşlığı dayandırması ilə nəticələnib: “Firmaları aylarla süründürür, pullarını vaxtında ödəmir. Nəticədə bəzi firmalar əməkdaşlığı dayandırmağa məcbur olublar. Bu isə təbii ki, supermarketin işinə xeyir yox, ziyandır”
Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür
Qeyd edək ki, K.Eyyubovun baş nazirin birinci müavini Yaqub Eyyubovun yaxın qohumu (bəzi iddialara görə, qardaşı oğlu-red.) olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru