Sumqayıtda dahi şair “Nizami”nin heykəlinin düz qabağında pirotexniki partlayıcı maddələr açıq –aşkar satılır-FOTOLAR
30-12-2015, 09:19
teref.aznun elektron poçtuna partlayıçı fişənglərin satışı ilə bağlı ilgin məktub daxil olub. teref.az məktubu sizə təqdim edir:
Məktubda yazılır; "Hörmətli redaksiya, sizə göndərdiyim şəkillər bu gün günorta saatlarında Sumqayıt şəhərindəki “Nizami parknda” və Sülh küçəsində çəkilib.Maraqlıdır ki, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ölkədə qadağan olunduğu halda Sumqayıtda o günün günorta çağı açıq -aşkar satılır.Görəsən doğrudanmı hüquq –mühafizə orqanları partlayıcı maddələrin bu qanunsuz satışını görmür?!Ümumiyətlə bu mümkündürmü polis bunu görməsin?!Üstəlik bu cür səyyar satış özü də qanunla qadağandır.Çox güman ki,partlayıcı maddələri şəhərin mərkəzində,özü də dahi şairimiz Nizami Gəncəvinin düz abidəsinin qabağında satanlar bu 2-3 günlük satış üçün icazəni haqq, özü də kifayət qədər böyük haqq verib(Yeni il qabağı bu cür mallara böyük təlabat yaranır) alıblar.Onu da nəzərə alın ki,bu cür müvəqətti qanunsuz səyyar satış ilə məşğul olanlar haqqdan başqa çox güman ki,kimlərəsə yerpulu da verirlər,həmçinin özləri də vergi ödəmirlər ki,bu da başqa bir qanunsuzluqdur.Maraqlıdır ki,Sülh küçəsində partlayıcı maddələri deyəsən yeniyetmə qızlar satır. Hər halda görüntülərdən belə görünür ki,piştaxta arxasında onlardır. Bu şəhərin yalnız bir yerində müşahidə olunan görüntülərdir.Çox guman ki, şəhərin təkcə bir yerində deyil, digər yerlərində də partlayıcı maddələr belə şəkildə satılır.Yəqin ki,Yeni il yaxınlaşdıqca bu cür satış nöqtələri daha da artacaq.Əlbəttə ki,əgər müvafiq orqanlar bu cür özbaşnalığa göz yummaqda dəvam etsə."
Daha sonra şikayətçi yazır: "Amma tez-tez rəsmi məlumatlarda eşidirik ki, oxumaq olur ki, Gömrük Komitəsinin əməkdaşları,polis işçiləri orda-burda,filan yerdə neçə minsə,külli miqdarda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilərək götürür, müsadirə edir, filan-beşməkan...
Demək belə çıxır bu qanunlar Sumqayıta aid deyi ?!
P.S. Məlumat üçün bildirim ki,inzibati tədbirlərə, həkimlərin belə məhsulların sağlamlığa mənfi təsir etdiyini bildirməsinə baxmayaraq ölkədə fişəng tapmaq çətin deyil. Dövlət Gömrük Komitəsinin internet saytında yer alan məlumata görə, 23 dekabr, 2003-cü il tarixli, 565 saylı qanuna əsasən partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Bildiyimiz kimi yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Buna baxmayaraq ölkədə həmişə, xüsusən də bayramlar ərəfəsində belə vasitələrin açıq satışına rast gəlmək olur. Elə indi də Yeni il bayramı ərəfəsində yolka və digər bayram aksessuarları satılan mağazaların əksəriyyətində pirotexniki maddələrin satışını müşahidə etmək olur. İstifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub."
Qarşı tərəfidə dinləməyə hazırıq!